Azerice sözler

Çörək haqqında atalar sözləri

çörək haqqında atalar sözlərivikipediya,çörək aid atalar sözləri,çörək aid atalar sözü,çörəyə aid atalar sözləri,çörəyə aid atalar sözü,corek haqqinda atalar sozleri,atalar sozleri corek haqda,coreye aid

“Çörək haqqında atalar sözləri” adlı bu məqalədə bir-birindən maraqlı atalar sozlerini sizlər üçün bir araya topladıq.

Hər kəsin çörəyi xəmirinə görədir.

atalar sözü

Torpaq çörəyi ilə, insan əməyi ilə.

Az ye, öz çörəyini ye.

Çörək açanı qılınc açmaz.

Çörək müqəddəsdir.

Aclıqda darı çörəyi halvadan şirin olar.

Ac olmayan insan, çörəyin nə olduğunu bilməz.

Çörəyin qiymətini ac bilər.

Aca ürək vermə, çörək ver.



Abır harda, çörək orda.

Aclıq ilə tоxluğun arası bir parça çörəkdi.

Acın gözü – çörəkdə, toxun gözü – hənəkdə.

Aclar üçün quru çörək baldan dadlıdır.

İşləyənə – çörək, işsizə – yuxu.

Ata çörəyinin qədirini bilməyən, el qədrini də bilməz.

Ağlamayana çörək verməzlər.

Bir tikə çörək on il yadda qalar.

İt belə çörək verəni tanıyır.

Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar.

Çörəyin tək yeyən yükün özü çəkər.

Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.

Duz-çörək borcdur.

Çörəyi itə ver, nanəcibə vermə.

İt də duz-çörəyi yadda saxlayır.




Çörək haqqında atalar sözləri

Öz yavan çörəyin özgənin plovundan yaxşıdır.

Atalar sözü

Benzer içerikler:

Çörəksiz ev olmaz, köpəksiz kənd.

Oğurluq çörəyin dadı olmaz.

 Çörəklə paltarın ağırlığı olmaz.

Yolda çörək ağırlıq etməz.

Öz çörəyini özgə süfrəsində yemə.

Acın qursağında çörək durmaz.

Zalımın çörəyi dizi üstə olar.

Bol çörəyin yoxdur, şirin dilin olsun barı.

Bazar çörəyi çox olsun, bazarda olsun.

Kasıbın çörəyi, varlının iştahı yoxdur.

Çörəyə – çəki, sözə – inam, pula – hesab.

Qızıl – qızıl deyil, çörək qızıldır.

Naxırçı qızı arpa çörəyi arzular.

Tox adam işini fikirləşər, ac – çörəyini.

Cənnətə ümid bəsləyən çörəksiz oturar.

Aclara çörəyini, kədərlilərə ürəyini ver.

Aclıq ilində bir tikə çörək, bir külçə qızıldan artıqdır.

Çörəyi torpaqdan al, özgəsinin ağzından yox.

Tənbəl kişi çörəksiz qalar, tənbəl qadın paltarsız.

Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə.

Kor ilə çörək yeyəndə insafı arada gör.

Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər.

Varlının çörəyi kasıbın çənəsini yarar.

Sən çörəyi yeyəndə, mən isə çörəyi verəndə yaşayıram.

Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama.

Sənə daş atana sən çörək at.

 Səni xəncərlə vuranı sən çörəklə vur.




Coreye aid atalar sozleri

Bir çörək özün ye, birin də Allah yolunda ver.

atalar sözü

Axtarış üçün sözlər: çörək haqqında atalar sözlərivikipediya,çörək aid atalar sözləri,çörək aid atalar sözü,çörəyə aid atalar sözləri,çörəyə aid atalar sözü,corek haqqinda atalar sozleri,atalar sozleri corek haqda,coreye aid atalar sozu,coreye aid atalar sözleri,coreye aid butun atalar sozleri

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir