Yaxşılıq açan qapıya, sevgi qonar.
Fürsət əldə ikən yaxşılıq eylə.
Ömrün bərəkəti yaxşı əməl ilədir.
Xeyir xeyri tapar, şər də şəri.
Bir çörək özün ye, birini də Allah yolunda ver.
İnsan yaxşılıq etmək üçün doğulur.
Xeyir iş yerdə qalmaz.
Yaxşı yaxşıya pay verər. Dilənçi dilənçidən pay güdər. Yaxşı yaxşıdan pay güdməz.
Köməyi igidə – sözlə, zəifə – əllə et.
Bir iş tut ki, aqibəti xeyir olsun.
Varlının da kasıba işi düşər.
Xeyir dilə qonşuna, xeyir gəlsin başına.
Yaxşı iş heykəl kimidir, hər yerdən görünər.
xeyir işi yubatmazlar.
Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
“Oxusevpaylaş”
Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə.
dost dosta yaman gündə gərəkdir.
Ən xоşbəxt dəqiqələr, yaxşılıq etdiyin dəqiqələrdir.
Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər.
Yaxşılıq qapı açar, məhəbbət bu qapıdan içəri girər.
xeyir işə yaxın ol, şər işdən saqın.
Yaxşılığı sonraya qoyma.
Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir.
Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığıa yaxşılıq ər kişinin işidir.
Bənzər Sözlər:
Axtarış sözləri: yaxşılığa aid atalar sözləri,