Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır.
atalar sözü
İşə başlamaq işin yarısıdır.
Bağ salan barın yeyər.
Anlayana bir söz bir kitabdır.
Biləyin on olunca, Biliyin bir olsun.
Var-dövlət tükənər, elm tükənməz.
Sözün ilə işin bir olsun.
Yalanın ayağı gödək olar.
İlan qabığını dəyişər, ürəyini yox.
Ağıllıynan daş daşı, nadanla çörək yemə.
Ağac bar verdikcə başını aşağı əyər.
Qocadan demək, Cavandan əmək.
Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim.
Uşaq gördüyün götürər, eşitdiyin deyər.
Uca ol, ucalara qarış.
Hər zərərdə bir xeyir var.
Ağlı olan ərinməz, güclü olan sürünməz.
Varlının malı, kasıbın övladı.
Atanın qədri ata olandan sonra bilinər.
Ürək yanmasa gözdən yaş çıxmaz.
Vaxt atlı, biz piyada.
Oğru elə bilər hamı oğrudur.
Üzüm üzümə, baxa-baxa qaralar.
Atın ayaqına bax, itin quyruğuna.
Ocaq keçər, külü qalar.
Su axar, çuxurunu tapar.
Axmağın ağası olunca, ağıllının, nökəri ol.
Faydasız qohumdan faydalı yad yaxşıdır.
Bir-birindən mənalı Atalar sözləri və məsəllər
Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.
Bənzər atalar sözləri:
Özgəyə quyu qazan özü düşər.
Fələk birin qurar, birini dağıdar.
Öz ağlını özgə ağlına vermə.
Adam olmaq asta-asta, heyvan olmaq bir anda.
Sirkə tünd olanda, öz qabını çatladar.
Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.
Vaxtsız banlayan xoruzun başını kəsərlər.
Pişik bəsləməyən – siçan bəslər.
Sən kimin üçün ağladığını de, mən sənin kim olduğunu deyim.
Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.
Nə yada sirrini ver, nə namərdə bel bağla.
Paxıl olmasan dərdin olmaz.
Axmağın min sözü, ağıllının bir sözünə dəyməz.
Adam var yaşayır yeyir, adamda var yeyir yaşayır.
Parıltılı göy qurşağını görmək üçün öncə yağmuru yaşamaq lazımdır.
Cəsarət səadətin yarısıdır.
Heç nəyə cəsarət etməyən, heç nə qazanmaz.
Bacarırsan aslan ol, tülkü olmaq asandı.
Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
Pis iş görən şeytanın şagirdidir, doğrunu bilib danan şeytan özüdür.
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
Söz var kəsər savaşı, Söz var kəsdirər başı.
Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir.
ATALAR SÖZÜ
Sayfa içeriği: mənalı atalar sözü,məşhur atalar sözləri,hikmətli atalar sözləri,atalar sözleri,atalar sozleri usaqlar ucun,menali atalar sozleri,maraqlı atalar sözleri