Şeirlər

Zəfər Gününə aid şeirlər

zəfər gününə aid şeirlər yazılı,zəfər şeirləri,zəfər günü şeir,zəfər günü haqqında şeir,zefer gunune aid seir, zefer gunu seiri, zefer gunune aid seirler yazili, zefer seiri, 8 noyabr zəfər günü haqqında şeir, qələbə şeirləri, zefer bayramina aid seirler,

8 Noyabr Zəfər Günü haqqında bir-birindən gözəl şeirlər


Sən Qalibsən AZƏRBAYCAN Şeiri

Yazar: Şəlalə Ağayeva

Sənə zəfər yaraşır
Bu gün hislərim yarışır
Sevinclə qəhər qarışır
Sən qalibsən Azərbaycan

Səmanda quşlar sevinir
Günəşin ayın sevinir
Qışında yayın sevinir
Sən qalibsən Azərbaycan

Sevincdən nəfəs kəsilir
Göydən sanki nur ələnir
Hər yan üç rəngə bələnir
Sən qalibsən Azərbaycan

Vətənin yolu açıldı
Bağlanmış qolu açıldı
Dünyaya zəfər saçıldı
Sən qalibsən Azərbaycan

Xarı bülbülün sevindi
Şuşanda azan verildi
Düşmənin yaman yenildi
Sən qalibsən Azərbaycan


“Zəfər bayrağı” şeiri

Yazar: Fəridə Ləman.

Bir zəfər bayrağı sancdı zirvəyə,
Mənim igidlərim, mənim ərlərim.
Çökdü qarşısında əli uzunlar,
Hələ qarşıdadır al zəfərlərim!

Qurbandı canımız Torpağımıza,
Hər qarış tutyadır, Ana Vətəndir.
Soylu atalardan igid doğular,
Aprel döyüşləri bir imtahandır!

Titrədi torpağın, göyün ürəyi,
Dağların qoynuna səs-səda düşdü.
Vüqarla baxırdı dərələr, düzlər,
Buludlar yalvarıb ayağa düşdü.

Nə şirin dadın var, TORPAĞIM ,sənin,
Ana qucağısan,yad məskən salmaz.
Yuz illər nifrətim vardı nankora,
Ölüncə bu nifrət bir an azalmaz!

Atalar öyünüb qürurlanırdı,
Şərəf imzasını atdı ordumuz.
Qisas yanğısı ilə elə yanırdı,
Arzu,muradına çatdı ordumuz.

Sınaqdan ağ üzlə çıxdı bu Vətən,
Analar sevincdən yaşlar tökürdü.
Ordumuz Rəbbimdən bir güc almışdı,
Yağının başına daşlar tökürdü.

Vətən övladları-şəhid balalar,
Halal Torpağında rahat uyuyun.
Qəhrəman oğullar qisas alarlar,
Bitər nəhayət ki bu haqsız oyun!

Nə qədər Vətən var, qoyduğun yol var,
Köçəcək dünyadan minlər, milyonlar.
Aprel bahar fəsli, bahar arzulu,
Sizlə anılacaq o günlər, anlar!..

Min şeir, min dastan yazsam da yenə,
Qələmim gücsüzdür bu hünər üçün.
Nə deyim, nə yazım, özüm bilmirəm?!
Fəridə qurbandı igidlər üçün!.


Qələbə şeiri

Yazar: Şəlalə Ağayeva

Qanıyla canıyla bayrağımıza
Zəfər yazdığın yazına qurban
Əlində silahı gőzűndə qisas
Şərəflə getdiyin yoluna qurban

Ali baş komandanı bir əmri ilə
Şir pələng ruhuyla dőyűşə gedən
Yuxusuz gecələr soyuq səngərdə
Dűşməni vurduğun qoluna qurban

Tavsiye Konular

Yoluna dűşmənlər çəksə yűz sipər
Sən onu əzminlə aşmısan əsgər
Bayrağına yazdığın zəfər xəbərin
Vətənə getdiyin yoluna qurban.


“Zəfər Günün Mübarək” şeiri

Yazar: Elvin Elxanoğlu

İllərlə səbr edib dözdü bu xalqım,
Bilirdi bu həsrət bir gün bitəcək.
Qarabağ düşməndən azad edildi.
Azərbaycan, zəfər günün mübarək.

Bilsinlər şəhidlər, bilsin qazilər,
Tökülən o qanlar olmadı hədər,
44 gündə gəldi bu böyük zəfər,
Qarabağ bizimdir, hamı biləcək!
Azərbaycan zəfər günün mübarək!

Qanla tarix yazdı şanlı ordumuz,
Zəfərlə taclandı milli ruhumuz,
Özünə qayıtdı Cənnət yurdumuz,
Artıq Qarabağım çiçəklənəcək!
Azərbaycan zəfər günün mübarək!

Dastan yazdı hər zabitin,əsgərin,
Dağıtdı düşmənin postun, səngərin,
Qarşında diz çökdü mənfur düşmənin,
Hər zaman qarşında tir-tir əsəcək!
Azərbaycan zəfər günün mübarək!

Var xalqımın müzəffər sərkərdəsi,
Qılıncdan itidir onun kəlməsi,
Bəs eyləyər bircə kəlmə deməsi,
Dəmir Yumruq yenidən birləşəcək!
Azərbaycan zəfər günün mübarək!

Minlərlə şəhidlər, bunca qazilər,
Nə də gördüyümüz o faciələr,
Nə qədər üstündən keçsə də illər,
Heç vaxt yaddaşlardan silinməyəcək!
Azərbaycan zəfər günün mübarək!

Zəngilan bizimdir, Laçın bizimdir!
Kəlbəcər, Fizuli, Ağdam bizimdir!
Xankəndi, Xocalı, Şuşa bizimdir!
Düşmən birdə yuxusunda görəcək!
Azərbaycan zəfər günün mübarək!

Elxanoğlu deyir, gəlin səbr edək,
30 il dözmüşük, 5 il də dözək,
Yenə də düşmənlər ağıllanmasa,
Ordumuzu İrəvanda görəcək!
Azərbaycan zəfər günün mübarək!


Azərbaycan əsgərinə şeiri

Yazar: Adilə Nəzər

Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.

Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.

Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.

Tövsiyə mövzu: 8 Noyabr Zəfər Günü Haqqında Məlumat

Zəfər bayramı şeiri

Yazar: Elvin Mütaliboğlu

Zəfər bayramıdır bu gün yurdumun,
Bu əziz günümüz daim var olsun.
Yeni tarix yazan şanlı ordumun,
Qeyrətli oğluna salamlar olsun!

Qələbə xəbəri gələndən bəri,
İçimin fərəhi ucaldı aya.
Qayıtdı Qarabağ! Qayıtdı geri,
Bu hissi yaşadıq, şükür, Xudaya!

Gəzsin el obamda, dolaşsın yağı?
Bizsə boş xəyalla doya bilməzdik,
Bu şəhid qanları axan torpağı,
Düşmən tapdağında qoya bilməzdik!

O cıdır düzündə rəqs edən, əyyaş,
Niyə səsin gəlmir, niyə susursan?!
Bilirəm alıbdır içini təlaş,
De, qorxudan indi hardan pusursan?!

Otuz il yurdumu taladı yedi,
Ancaq budur, onların da sonları,
Qarabaq bizimdir, vermərik dedi,
“İti qovan kimi”, qovduq onları!

Kim ki, göz dikərsə yurduma bir an,
Yenə məhv edərik, Qorxu bilmərik.
Döyüş meydanında göstərdik çoxdan
Can verərik, ancaq yurdu vermərik!

Bu torpaq yaşamdır, bu torpaq nəfəs,
Hər addımı qurban verilən candır.
İndi son sözümü eşitsin hər kəs,
Qarabağ bizimdir! Azərbaycandır!


Bənzər şeirlər:

Əziz Şuşa sən azadsan şeiri

Yazar: Elvin Elxanoğlu

Şuşa, sən azadsan,
Torpağında yağı gəzmir.
Dağlarının zirvəsində,
O qara buludlar əsmir.

Səni azad etmək üçün,
Bilki dastan yazılıbdır,
Əl uzadan düşmənlərin,
Məzarları qazılıbdır.

Bundan sonra Xarı Bülbül,
Qorxa-qorxa açmayacaq,
Qədim Şuşa qalasına,
Düşmən ayaq basmayacaq.

Gövhər Ağa məscidindən,
Ucalacaq əzan səsi.
Daşaltısı,Cıdır düzü,
Müqəddəsdir hər bölgəsi.

Əlbəttə ki gözəl Şuşa,
Qarabağın incisidir.
Mədəniyyət sahəsində,
Dünyanın birincisidir.

Mədəniyyət paytaxtıdır,
Beşiyidir musiqinin.
Vətənidir Natəvanın,
Bülbül, Nəvvab, Üzeyirin.

Gözəl Şuşa, sən azadsan,
Sağalacaq yaraların ,
Artıq sənə qovuşacaq,
Doğmaların, yaxınların.

Yenə yarışlar olacaq,
Tarixi Cıdır düzündə.
Yenidən qurulacaqdır,
Məktəbin də, muzeyin də.

İsa bulağı gözündən,
Daha qan,yaş tökməyəcək.
Birdə Şuşa əhalisi,
Yurdlarından köçməyəcək.

Üzeyirin, Natəvanın,
Bülbülün ruhu şad oldu.
İgidlərin sayəsində,
Şuşa yenə azad oldu.

Allah rəhmət etsin bütün,
Canlarından keçənlərə,
Şəhadətə ucalaraq,
Cənnətinə köçənlərə.


“Qələbə Bizimdir” şeiri

Yazar: Pərvanə Zalamlı

Zəfər bizimlədir, Türk oğlu Türkük,
Əsrlər ötsə də həmişə birik,
Cütlənib atılan, bir qoşa zərik,
Qələbə bizimdir bizim olacaq.

Birləşib bir olub Türkün dünyası,
Yayılıb aləmə səsi sədası,.
Heydərdi ən uca ali dühası,
Qələbə bizimdir, bizim olacaq.

Yenilməz ordudu Atatürk yurdu,
Düşmənin önündə əzmlə durdu,
Qurubdur müzəffər bir güclü ordu,
Qələbə bizimdir, bizim olacaq.

Ali Baş Komandan İlham dayağı
Gedər düşmən üstə igidsayağı,
Tutar əllərində uca bayrağı,
Qələbə bizimdir bizim olacaq.

Birləşib bir olar mərd Turan eli,
Gedər düşmən üstə çalar zəfəri,
Bu şüar olacaq dillər əzbəri,
Qələbə bizimdir bizim olacaq.


Zəfər Günü Şeiri

Yazar: Eyvaz Səmədov

8 Noyabr Zəfər Gününə aid şeirlər

Çox şükür, əməyin getmədi boşa,
Bir məğrur orduyla yeridin başa,
Bu şanlı tarixdi qayıtdı Şuşa
Zəfərin mübarək sənin, ay Vətən!

Gedən hər oğulla ağardı saçın,
Verilən qərarlar dərdin, əlacın,
Füzuli, Qubadlı, Cəbrayıl, Laçın
Hünərin mübarək sənin, ay Vətən!

Hər zəfər xəbərin şəhidlə andıq,
Baxıb ailələrə nə qədər yandıq
Kimləri itirdik, nələr qazandıq,
Hünərin mübarək sənin, ay Vətən!

Yazılanlar çatmaz alın tərinə,
Bu xalq fərəhlənir hər zəfərinə,
Murov, Zəngilana, Xudafərinə
Səfərin mübarək sənin, ay Vətən!

Həm sevinc, həm kədər, həm fərəhləndin,
Ordunla enmədi qamətin, qəddin,
Şanlı tarix yazdı qazin, şəhidin
Hünərin mübarək sənin, ay Vətən!

8 Noyabr Zəfər Gününə aid şeirlər


Axtarış sözləri: zəfər gününə aid şeirlər yazılı,zəfər şeirləri,zəfər günü şeir,zəfər günü haqqında şeir,zefer gunune aid seir, zefer gunu seiri, zefer gunune aid seirler yazili, zefer seiri, 8 noyabr zəfər günü haqqında şeir, qələbə şeirləri, zefer bayramina aid seirler, qarabağ zəfər şeiri

İçeriğe oy ver!

You may also like...

7 Comments

  1. Patriot says:

    Əla

    1. Anonim says:

      Ela

    2. Sabina says:

      Zefer günü şeiri

  2. Anonim says:

    super

  3. Vətən oğlu says:

    Gül, ey Azərbaycan, gözlərin aydın,
    Əzildi zəhərli ilanın başı!
    Analar, bacılar, ağı deməyin,
    İndi qismətimiz sevinc göz yaşı!

  4. Vətən sevdalısı says:

    Tarix yazdı igidlər,
    Hamısı əzizimizdir.
    44 günlük müharibə,
    Şanlı tariximizdir!

  5. gunaynureliyeva says:

    biri ela idi qalanları pis

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir