Şeirlər

Xocalı şeirləri

xocali soyqirimi seiri xocali seir xocali haqqinda seirler

XOCALINI UNUTMAYAQ ŞEİRİ


Od qalandı, oda düşdü,
Yaddan çıxdı, yada düşdü,
Taleyinə qada düşdü,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Bir tarixdir qədim şəhər,
Olmuşdu o nurlu səhər,
Dərdə düşdü, boğdu qəhər,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Unutmayaq o yerləri,
Nər biləkli igidləri,
Nakam ölən şəhidləri,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Dağ üstünə gəldi dağı,
Rəhm etmədi azğın yağı,
Güllələdi hər uşağı,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Zülm elədi azğın düşmən,
O dəhşəti görən gündən
Rahiləyəm, dözmürəm mən,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Müəllif: Rahilə Qaralova


CAN XOCALI ŞEİRİ

Qoca cavan baxmadılar,
Allahdan da qorxmadılar.
Neçə cana susadılar,
Qaldı analar yaralı,
Can Xocalı,Can Xocalı.

Vətənindən perik düşdü,
İllər, aylar da ötüşdü.
Məzarlıqlarda görüşdü,
Sinəsi dərdli qubarlı,
Vay Xocalı,Vay Xocalı.

Əsir düşdü ana, bacı,
Bu dünyada böyük acı.
Hamimizin bir möhtacı,
Sən olmusan can Xocalı,
Can Xocalı, Can Xocalı.

Müəllif: Seymur Sönməz


XOCALI MÜSİBƏTİ ŞEİRİ

Günəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir
Xocalı müsibəti!
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmayacaq
Törədən cinayəti!
Dəhşətlər dəhşətidir
Xocalı müsibəti!

Müəllif: Hikmət Ziya


XOCALINI ŞEİRİ

Min arzu var ,milyon dilək
Od ocaqsız qəlbim  kövrək
Səbr elə döz ,döz ay ürək
Gedim görüm Xocalını.

Ağlar qaldım dərdə düşdüm
Yurd yuvama qəribləşdim
Qaçqın oldum ,köçgünləşdim
Qırış aldı əl qolumu
Dərd etməkdən Xocalını.

Köz qalanıb  qəlbim üstə
Yurddan uzaq oldum xəstə
Bircə dəfə son nəfəsdə
Gedim görüm Xocalını.

 Müəllif: Leyla Mətin


 “XOCALIDA ÖLƏNLƏR” ŞEİRİ

Qismətilə barışmayaq biz gərək
Savaş yolu ,sülh yolu birin seçək
Nəhayət ki ,bir olaq qərar verək
Torpağları yağılardan biz alaq.

Unudulmur keşməkeşli dünənlər
Unudulmur Xocalıda ölənlər
Bu vətəni paramparça edənlər
Günahının  cəzasını alacaq!
Torpağımız bir gün azad olacaq!

Şəhid verən qan ağlayır, qan qusur
Vəhşiliyə bu dünya hələ susur
Neçə ailə olubdu əsir ,yesir
Gözlər yaşlı, ürək nisgil ,yara ,dağ
Yağılardan azad olsun Qarabağ.

Oğlum deyir, qızım deyir ağlayır
Cavan balam şəklin sevir ağlayır
Köksündəcə ürəyini dağlayır
Qayıdarmı qızı, oğlu evə sağ?
Alışarmı  közü olmayan ocaq?

Yadlar aldı  evimizin istisin
Külək vurdu o yan- bu yan    tüstüsün
Od bürüdü elimizi  büsbütün
Yatan yandı ,güllələndi hər oyaq
Günahkarlar cəzasızmı qalacaq?!

 Müəllif: Leyla Mətin


XOCALI ŞEİRİ

İyirmi altı fevral… o mənfur gecə,

Nələr gətirmədi Azərbaycana.

Tavsiye Konular

Qərinələr keçə, əsrlər keçə,

Tarix bağışlamaz onu vicdana.

O gecə vicdanın susdu səsi də,

İnsanlıq adına ləkə vuruldu.

Dünyanın ən böyük faciəsi də,

O gecə yarandı, matəm quruldu.

İyirmi altı fevral… Xocalı günü,

Günlərin qarası, günlərin pisi.

Yayıldı ərşə də insanın ünü,

Allah bağışlamaz zülmkar kəsi.

Şəhidlər qürurlu ölümləriylə,

Tarixə ən böyük dastan yazdılar.

Dünya seyr eləyib öz gözləriylə,

İnandı, yoxsa ki, inanmazdılar.

Müəllif: Habil Yaşar

Axtarış üçün sözlər: 26 fevral xocaliya aid seirler, Xocalıya aid şeir, xocalıya aid şeirlər 2022, xocali faciesi haqqinda seir,xocalı haqqında şeir, xocalı faciəsi haqqında şeir,xocalı soyqırımı haqqında şeir,,xocaliya aid seirler, xocalı şeiri 2022

1/5 - (1 ses )

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir