Şeirlər

Uşaq şeirləri

usaq seirleri asan usaqlar ucun seirler (1)

Bir-birindən mənalı və öyrədici uşaq şeirləri✅


Arı Şeiri

Yazar: Abdulla Şaiq

Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.
Səhər güllər açınca,
Gözəl qoxu saçınca
Uçaram göy yamaca,
Çiçək açmış ağaca,
Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;
Şirəsini çəkərəm,
Pətəyimə tökərəm
Çalışaram doqquz ay,
Hamı məndən alır pay.
Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər.


Vurma cədvəli Şeiri

Yazar: Əyyub Türkay.

Ona qədər öyrəndim,
Mən vurma cədvəlini.
Artıq riyaziyyatın
Biləcəyəm dilini.

Üçü-üçə vururam,
Cavabı edir doqquz.
Hamı deyir vurmanı,
Yaxşıca öyrənib qız.

Lap balaca bacımsa,
Hələ bilmir vurmanı.
O ancaq saya bilir,
Yediyi dondurmanı.


Güllərim Şeiri

Yazar: Simax Şeyda

Bağçada gül əkmişəm,
Zəhmətini çəkmişəm,
Alın təri tökmüşəm,
Açın, açın güllərim!
Ətir saçın güllərim!

Boy atın gündən-günə,
Ucalın göy üzünə.
Sevinc bəxş edin mənə,
Açın, açın güllərim!
Ətir saçın güllərim!

Bir dəstə gül dərib mən,
Anama verdim dünən.
Anam öpdü üzümdən,
Açın, açın güllərim!
Ətir saçın güllərim!


Ana Şeiri

Yazar: Mirvarid Dilbazi

Əziz ana, can anam,
Mənim mehriban anam.
Arzum budur hər səhər
Səndən əvvəl oyanam.

Gecələr oyaq anam
Ömrümə dayaq anam.
İstərəm tez böyüyüb,
Qulluğunda dayanam.


Anamı incitmirəm Şeiri



Yazar: Hüseyn Arif

Çox mehribandır anam,
Mən də sözə baxanam.
Gəlirəm “gəl” deyəndə,
“Getmə!” desə, getmirəm.
Bunu hamı bilir ki,
Anamı incitmirəm.
Çəksə də hər qayğımı,
O əsla çəkməyir qəm.
Axı heç vaxt, heç zaman
Anamı icitmirəm.


Bip-Bip Kimdir Şeiri

Yazar: Teymur Elçin.

Hardan gәlir bu sәs
deyin,
Qaça-qaça, uça-uça,
Tәlәsәrәk, yeyin-yeyin?
Yorulmur һeç, deyir
bizә:


Bip, bip, bip, bip,
bip, bip.
Tanışdırmı bu sәs
sizә?—
Kimdir, nәdir sәһәr,
axşam

Tavsiye Konular

Dincәlmәdәn,yorulmadan
Hey oxuyur:
Bip, bip, bip, bip, bip, bip…
Bәlkә quşdur: şanapipik,
Ala-bәzәk, uzundimdik,
Başına da taxıb daraq,
Kol üstündә oxuyaraq
Salamlayır bizi belә:
Bip, bip, bip, bip, bip, bip.

Yüz-yüz, min-min avtomobil
Küçәlәrdә qaça-qaça,
Adamların arasından
Özünә yol aça-aça
Qorxusundan һaray salır,
Hәm oxuyur, һәm dә çalır:
Bip, bip, bip bip, bip, bip.

Bәlkә Xәzәr dәnizindә
Dalğaları yara-yara
Yaxınlaşan gәmilәrdir,
Xәbәr verir adamlara:
Qazaxıstan çöllәrindәn
Bakıya çox taxıl gәlib,
Bip, bip, bip, bip, bip, bip.

Bәlkә dә o, paravozdur,
Yola düşür ağır-ağır,
Fışıldayır, yüküm çoxdur,—
Salır birdәn çığır-bağır.
Çarxlar qaçır sәs salaraq:
Taraq-taq-taq, taraq-taq-taq.
Paravoz da һәvәslәnib
Bәrk fit çalır:
Bip, bip, bip, bip, bip, bip.

Bәlkә… bәlkә sәһәr-sәһәr
Moskvanın saatıdır
Hәr tәrәfә verir xәbәr:
— İndi saat düz altıdır,
Bip, bip, bip, bip, bip, bip…

Bizim Bip-Bip nә quş deyil,
Nә gәmi, nә avtomobil.
Quşlar ondan yavaş uçur,

Bip-Bip qonmur ağaclara,
Dayanmır һeç, birbaş uçur…
Saat yatır, Bip-Bip yatmır,
Nә paravoz, nә dә maşın
Yüyürmәkdә ona çatmır.

Bip-Bip uçur axşam-sәһәr,
Çatmaz ona tәyyarәlәr.
Bәs o kimdir?
Bip-Bip nәdir?

Hara uçur, һara gedir?..
Hey danışır, deyir bizә:
Bip, bip, bip, bip, bip, bip.

İndi gәlin qulaq asın,
Heç kәs yerdәn danışmasın
Bizim Bip-Bip dostumuza
verәk söz.

Nә danışır görәk özü?


“Ağıllı oğlan” şeiri

Müəllif: Sevinc Nuruqızı.

Bunu hamı bilir ki,
Mən ağıllı oğlanam.
Elə ona görə də
Çox sevir məni anam.

Yol ötən bir nənənin
Çantasını alıram.
Sonra qolundan tutub
Onu yola salıram.

Təmizkar oğlanam mən
Yerə zibil atmıram.
Qızların hörüyünü
Tutub bərk-bərk dartmıram.

Qarışqa yuvasını
Çəpərə alıram mən.
Məstanın qayğısına
Hər zaman qalıram mən.

Bunu hamı bilir ki,
Mən ağıllı oğlanam.
Elə ona görə də
Çox sevir məni anam.


Sərçə Şeiri

Yazar: Teymur Elçin.

Səhər-səhər bağçada,
Bir sərçə dən yeyirdi.
Hərdən baxıb üzümə,
“Cik-cik, cik-cik” deyirdi.

O yedi, doydu, qaçdı,
Birdən itdi gözümdən,
Bəs o balaca sərçə
Hara getdi gözümdən?!
Çox axtardım, tapmadım,
Tutdu ağlamaq məni.

Birdən kolun dalından
Uçan gördüm serçəni.
O uçdu, uçdu, uçdu,
Qondu yaşıl budağa.
Çox çağırdım, gəlmədi,
Uçub getdi uzağa.



Ağ pişik Şeiri

Yazar: Sevinc Nuruqızı.

Ay ağ pişik,
Ağ pişik.
Kef-damağı
Çağ pişik.
Miyoldama
Eşikdə.
Belə olmaz
Keşikdə.
Duyub qaçar
Siçanlar.
Gizli yeraltı Yollar.
Oyub qaçar Siçanlar.


Hərflər Şeiri

Yazar: Zahid Xəlil.

Əlifba kitabını
Açdı balaca Əsəd.
“A” hərfi söylədi:

-Məni yazmaq istəsən,
Sözlərimə əməl et.
Bir nöqtədə birləşən
İki qolum var mənim.
Ortamdan bir xətt keçir,
Sağım – solum var mənim.
“O” hərfi söylədi:
Təkərə oxşayıram.
“C” dedi ki, amma mən
Kəmərə oxşayıram.
“T” dedi: – Eh teleqraf
Ağacıyam elə bil.
Məni yazmaq, oxumaq
O qədər çətin deyil!
Əsəd dedi: – Dayanın
Axı, bu səs – küy nədir?!
Öyrənərəm bu gündən
Hamınızı birbəbir.


Göyqurşağı Şeiri

Yazar: Mina Rəşid.

Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!

Hərdən görünürəm mən
Yeddi rəngli donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.

De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?


Üçrəngli bayraq Şeiri

Yazar: Rafiq Yusifoğlu

Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır.
Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır,
Yolumuzun üstünə
İşıq saçan mayakdır.


Kitab Şeiri

Yazar: Bəxtiyar Vahabzadə

Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.

Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.


Bənzər şeirlər:

Uşaq şeirləri, Usaqlar ucun seirler

Axtarış sözləri: şeirlər uşaqlar üçün,baxça şeirləri, uşaq şeirləri,uşaqlar üçün bayraq şeiri,asan usaq seirleri baxca

İçeriğe oy ver!

You may also like...

1 Comment

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir