Şeirlər

Sevgi şeirləri, Sevgiye aid seirler

Bir-birindən gözəl sevgi şeirlərini sizlər üçün ərsəyə gətirdik.


Darıxmışam Sənin Üçün Şeiri

Yazar: Baba Vəziroğlu

Durnalarla uçub gəlim,
Ayrılıqdan keçib gəlim,
Birdəfəlik köçüb gəlim,
Darıxmışam sənin üçün…

Sənsiz yaman kövrəlmişəm,
Həsrət nədir, mən bilmişəm.
Bir də gördün, mən gəlmişəm,
Darıxmışam sənin üçün…

Ay dolanıb, il ötüşüb,
Sənsiz könül oda düşüb.
Sənli günlər yada düşüb,
Darıxmışam sənin üçün…

Durnalarla uçam gərək,
Ayrılıqdan keçəm gərək,
Ürəyinə köçəm gərək,
Darıxmışam sənin üçün…



Mənim ilk eşqim Şeiri

Yazar: Səfyar Əliyev

Nə gözəl duyğudur sənə qovuşmaq,
Adam düşünəndə lap xoşbəxt olur,
Sənli dünyaya uçaraq gəlmək,
Mənimçün ən gözəl səyahət olur.

Səni axtarmağa gəlmişəm yenə,
Bir ümid, bir inad tək qoymaz məni.
Günəş tək saçların parlasın yenə,
Mən bu işarətlə taparam səni.

Mən sənin ömrünə qonaq gəlmişəm,
Mənli xəyalların qarşılar məni,
Bu özəl dünyama nə xoş gəlmisən,
Deyib bu sözləri sevindir məni.

Yetməzmi bu qədər gizli qalmağın,
İzinə düşmüşəm bilirsən necə,
Bu soyuq havada isti nəfəsin,
Ya boş küçələrdə ayaq izlərin,
Bələdçim olubdur söylədiklərim,
Ah necə doğmadır bu məhəbbətim.

Nəfəsim titrəyir düşünəndə mən,
Səni görməyimə çox az vaxt qalır,
Ürəyim çıxacaq sanki yerindən,
Məni məhəbbətin bu hala salır.

Heçmi dəyişməmiş ötən illəri,
O payız saçları, iri gözləri,
Məni xoşbəxt edən o gülüşləri,
Yenidən görüncə çox xoşbəxt idim.
İlahi cox şükür qürurla deyim,
Boşuna keçməmiş mənim həsrətim,
Ona qovuşmuşam daha nə dərdim,
Onunçün yazıldı mənim şeirim,
Adını qoyuram mənim ilk eşqim…


Sevgi yaşa baxmaz Şeiri

Yazar: Elgiz İsmayılov

Sevgi yaşa baxmaz, sevda zamana…
Nə zaman gələCək – bilə bilməzsən.
Elə ağladar ki, Səni hər yaşda,
Nə qədər istəsən, gülə bilməzsən.


Baxmaz qırx yaşın var, ya da ki, əlli.
Şirin xəyalları verər təsəlli.
HiCran əzabının axırı bəlli:
Ölmək istəsən də ölə bilməzsən.


Tükənər taqətin, azalar güCün.
Köçəri quşlar da dəyişər köçün.
Elə darıxarsan sevdiyin üçün,
Dönər hər saniyən ilə, bilməzsən.


Min düzü pozarsan bir xətayla Sən.
MəCnuna dönərsən səs-sədayla Sən.
Elə odlanarsan bu sevdayla Sən,
Yanarsan, dönərsən külə, bilməzsən.


İlk eşqin əzabın, zülmün çəksən də,
“Bir daha sevmərəm!” deyib keçsən də,
Ömrünün sonunda, yetmiş-səksəndə,
Kimi sevəCəksən, hələ bilməzsən.


Qurduğun yuvadan qaçmaq istərsən.
Dönüb gənCliyinə uçmaq istərsən.
Sirrini kimsəyə açmaq istərsən,
Gətirə “eşq” sözünü dilə bilməzsən.


Evdəki körpələr qınayar Səni.
ViCdanın qəlbində danlayar Səni.
Tək sevib-sevənlər anlayar Səni.
Çarəsiz qalmağı belə bilməzsən.


Ümidsiz, əlaCsız, dərmansız eşqi,
Vüsalı mümkünsüz, amansız eşqi,
Çıxarıb qəlbindən zamansız eşqi,
Silmək istəsən də, silə bilməzsən.


Sevgi Şeiri

Yazar: Əziz Yagubzadə

Yoxdur ki, Səndən ayrı mənə doğma adamım,
Hardasansa səs eylə, ay uzaqda olanım.


Gəl bir “darıxmışam” de, qollarımı quCaqla,
Ay mənim qollarıma indi həsrət qalanım.


Bilirəm, elə Sən də darıxırsan mən kimi
Üz-gözündən görünür, rəngi-ruhu solanım.


Qürur çarə deyil ki, özün yaxşı bilirsən,
Ay məni qüruruyla dərdə-qəmə salanım.


İndi Sənsiz bahar da mənə qış kimi gəlir
Gəl, sənin nəfəsinlə eşq oduna qalanım.


Gəl, əllərindən öpüm, gəl, bitsin bu uzaqlıq,
Ay çiynimi başına Ana Vətən sananım…


Buraxma Məni Şeiri

Yazar: Musa Yaqub

Gözlərin gözümə baxdı yenidən,
Döndərək geriyə vaxtı yenidən;

Özünlə dustaq et,
Bir ev dustağı,
Buraxıb sən məni salma məhbəsə.
Könlümü titrədən vaxt qorxusudu;
Şəlalə nə qədər coşub kükrəsə,
Çaya qarışanda adicə sudu,
Buraxma məni…

Bu qədər işıqlı gözlərlə bir də
Heç kimə mən baxa
bilməyəcəyəm;
Onda gözlərim də adiləşəcək.

Bu qədər mehriban sözlərlə bir də
Bir könülə axa bilməyəcəyəm;
Onda sözlərim də adiləşəcək
Buraxma məni…

Sevdalı ömrümün sarı siminə
Belə incə mizrab dəyməyib heç
vaxt.
Bəxtəvərliyimin, xoşbəxtliyimin
Ən uca, Ən ali taxtıdır bu taxt.

Buraxma,
bu taxtdan endirmə məni,
Bu tacı başımdan götürmə hələ.
Ləfzindən yanıram,
söndürmə məni.
Dilinə başqa söz gətirmə hələ.

Qalxa bilmək üçün bu ucalığa,
Yetə bilmək üçün belə saflığa.
Min dağdan, dərədən soraq
almışam,
Dilbər guşələri gəzmişəm bütün.
Bəlkə də duyğumu cilalamışam,
Elə bu vaxt üçün, bu məqam üçün;

Heyifdir bu məqam,
Heyifdir bu gün
Buraxma məni…

Eh, yazığım gəldi an kimi ötən
Bircə göz qırpımlı şimşək ömrünə.
Eh, yazığım gəldi payızda bitən
Bir meh sığal görən çiçək ömrünə.

Meh ki, o çiçəyi saxlaya bilmir,
Göy ki, o şimşəyi saxlaya bilmir,
İnsan ki, özünün ağası deyil,
Belə bir istəyi saxlaya bilmir,
Burax, qoy gedim.


Məni möcüzəylə gözləyən qadın Şeiri

Yazar: Asim Bəy Kazımsoy

Əvvəllər xəyala inanmırdın heç
İndi möcüzəmə olmusan şərik.
Gəl mənim arzumdan birini sən seç
Bəlkə qismət olar, biz görüşərik.

Ruhum ilahidən ilham alanda
Hiss edəm saçının ətrini, gülüm.
Axı nə fərqi var, sən olmayanda
Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.

Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.

Girib ürəyimin gül baxçasına,
Eşqimin çiçəyin sənmi dərmisən?
Baxmayım dünyada bir başqasına,
Mənə bir rəsmini göndərərmisən?

Orda nəfəsimlə nəfəs alırsan
Salıb ürəyinə şairin adın.
Sən məndən uzaqda necə qalırsan,
Məni möcüzəylə gözləyən qadın?…


Ayrılığa Dözməyi Hərə Bir Cür Bacarır Şeiri

Yazar: Ramiz Rövşən

Hər yolun öz sonu var,
hər evin öz açarı.
Ayrılığa dözməyi
hərə bir cür bacarır.

Çoxdu hirsi, acığı
yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
qapılara dönənlər.

Səhər-səhər, obaşdan
qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:
-Aç, gəlmişəm, – deyənlər.

Sonra açılan qapı
və qapıda dayanan
bir köynəksiz, yad kişi.
Və onun arxasından
qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini
sevə-sevə öpdüyün
bir cüt gözün təşvişi.

… Yox, köhnə sevgilərə
qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan
oyatmaq dəlilikdi.

Çoxdandı ki, bu evdə
yoxdu səni gözləyən.
Şəklini tumarlayıb
körpətək əzizləyən.

Şəklin çoxdan cırılıb,
verilibdi yellərə.
Burda hər şey yaddı, yad;
kar qapı, kor pəncərə.

Girsən, səni tanımaz
bu evin bir güzgüsü.
Bu evdə gəzən indi
özgəsidi, özgəsi.

Daha burda
dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan
başını birdəfəlik götür qaç.

“Hər yolun öz sonu var”, –
axı kim deyib bunu?
Kim nə bilir hardadı,
yolun əvvəli, sonu?

Bütün yollar qarışıb,
əriyib bir-birində.
Əvvəli, sonu yoxdu
bütün sevgilərin də.

Neçə ürəyə düşür
bir sevginin açarı.
Bir qapı bağlanırsa,
başqa qapı açılır.

İndi səni gözləyən
bir qapı var hardasa;
görmədiyin bir evin
sənə həsrət qapısı.
Orda bir qız darıxır, –
səni tanımasa da,
səni sevməkdən ötrü
tanrı seçib o qızı.

Ömründə görmədiyin
o ev sənin evindi.
Get, o evdə yolunu
gözləyəni sevindir.


Səkkiz Dəqiqə Şeiri

Yazar: Sevil Gül Nur

Atasan qürurunu, keçəsən inadından,
İnCik olduğunu da çıxarasan yadından,
Boylanıb ümidlərin gündoğan tərəfinə
Ona məktub yazasan bu geCə öz adından.


Yazasan ki, susaraq həsrətimə alışma,
Gedişimə üsyan et, unutmağa çalışma,
Aş bütün əngəlləri, sərhədləri qırıb tök,
Aramıza sədd çəkən ayrılıqla barışma.


Yazasan ki, bir addım məsafədə dayanma,
Vüsal uzaq olsa da, çox yaxındır yol amma.
Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıC,
Ömür gözləmək üçün çox qısadır, yubanma!


Yazasan, tənhalığın ağrısı da səngimir,
Sənsiz şeirlərim də dəyişib ahəngini.
Ürəyim qəm bağlayıb adını söyləməkdən,
Gözlərim yuyulmaqdan itirib öz rəngini.


Yazasan ki, bilmirsən, yoxluğuna əsirəm,
Səndən inCimirəm e, mən özümdən küsürəm.
ACığımı çıxıram Sən sevdiyin hər şeydən –
Dodağımı didirəm, saçlarımı kəsirəm.


Yazasan ki, getməklə öz evimi yıxmışam,
Sonra giley edəsən: Nə tez yaddan çıxmışam…
Göz yaşın ləkə sala yazdığın sətirlərə,
Kağızın sol küncünə yazasan: Darıxmışam!


Yazasan ki, Sənin də qəlbinə qəm yığılsa,
GeCələrin qoynunda ruhun qəfil sıxılsa,
Desən ki, “darıxıram, qurban olum, qayıt, gəl”,
Allah haqqı, gələrəm, lap dünya da dağılsa…


Ya da dəli şeytanın dediyinə uyasan;
Səhərlərin birində qapısını döyəsən.
SəkkizCə dəqiqəyə sığdırıb hisslərini,
Bir şeir oxuyasan, “gəl barışaq” deyəsən…


Elə varlığınçün sağ ol, əzizim Şeiri

Yazar: Kəmalə Abıyeva

Sən mənim ömrümdə bir sevinc payı,
Mən sənin ömründə bir sevinc payı.
Sən mənim gözümün nəmli harayı,
Mən sənin könlünün qəmli harayı.

Durmuşuq aramız tək bircə addım,
əlimi uzatsam əlinə dəyər.
Bu bircə addımı mən necə atım?
sən məndən uzaqsan dünyalar qədər…

Gör necə yaxınıq, gör necə uzaq,
doğmayıq, gərəyik yerlə göy kimi.
Bu da bir ömürdür gərək yaşayaq
ayrı yaransaq da yerlə göy kimi.

Yarpaqlar titrəsə, bil ki səsimdi,
sənə pıçıldaram “var ol əzizim”.
Sənin var olmağın mənim bəsimdi,
elə varlığınçün sağ ol, əzizim.


Sən Olmuşam Şeiri

Yazar: Bəxtiyar Vahabzadə

Biz ikimiz bir can idik,
Ayrılmışam, min olmuşam,
Allahımsan, indi sənə
Çatmaq ücün din olmuşam.

Öz yolumu bilən idim,
Sükan idim, yelkən idim,
Bir zamanlar Mən, Mən idim,
İndi dönüb sən olmuşam.

Nə gecəm var, nə gündüzüm
Qışqırıram: – Necə dözüm?
Çığırdıqca indi özüm,
Səs olmuşam, ün olmuşam.

Dəniz kimi çalxalandım,
Qaya kimi lal dayandım,
Ayrılığı əlac sandım,
Görürəm ki, yanılmışam…


Sevgi şeirləri, Sevgiye aid seirler

Bənzər şeirlər:

Axtarıs sozleri: romantik sevgi şeirləri mənalı, sevgi seirleri, gözəl sevgi şeirləri,gozel sevgi seirleri ,şeirlər sevgi, sevgi haqda seir sevgiyə aid şeirlər sevgiyə aid şeir sevgi seyirleri , sevgiye aid seir şeir sevgi, sevgi weyirleri qəmli sevgi şeirləri sevgi seiri,

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir