Şeirlər

Qarabağa aid şeirlər toplusu

qarabağ zəfər şeiri,qarabag azerbaycandir,qarabag haqqinda seir,qarabağ azərbaycandır şeir,qarabağ haqqında şeir,qarabağa aid şeirlər 2023,qarabaga aid seir,qarabağ bizimdir şeiri

Qarabağ haqqında bir-birindən gözəl şeirlər

Qarabağım şeiri

Qarabağım görüşünə gəlmişəm,
İcazə ver, torpağından, öpüm mən.
Gözlərimin selin, suyun silmişəm,
Hər bağçandan, hər bağından, öpüm mən.

Gözün aydın, ana yurdum, ey Vətən,
Çəkilibdi yolumuzdan duman, çən,
Nəyin varsa, gözlərimə təpim mən,
Ay, ulduzlu bayrağından, öpüm mən.

Qarış-qarış qoy dolanım hər yeri,
Zirvələrdə açım nurlu səhəri,
Məclis qurub, qeyd eyləyim zəfəri,
Hər çeşməndən, bulağından, öpüm mən.

Səcdə qılım ocağına, pirinə,
Qoy vurulum çiçəklərin tərinə,
Yenə çıxım, o dağların sehrinə,
Hər daşından, hər dağından, öpüm, mən.

Havan, suyun neçə dərdin dərmanı,
Qoxulayım kəkotunu, reyhanı,
Məlhəm eylə, sağalt xəstə bu canı,
Hər otundan, yarpağından, öpüm mən.

Bu dağların yoxdu vallah, əvəzi,
Tanıyıram hər cığırı, hər izi,
Xoşbəxt eylə, yenə şair Əzizi,
Qoy üzündən, yanağından, öpüm mən.

Müəllif: Əziz Musa


Sənin Adın şeiri

Sənə Qarabağ dedilər,
Bəlkə “qara bax!” dedilər,
dağlarında
yaylayan qarına görə
Bəlkə “Qara bağ” dedilər,
kölgəli bulaqlarına görə.
Bəlkə
dodaqları susuzluqdan
cadar-cadar yolçu,
ətəyində duman sürünən,
ağ zirvəsi arandan görünən
Kirsə baxıb,
həsrətlə, ümidlə
dedi: – Qara bax!
Qara bax!
O gündən adın qaldı
Qarabağ.


Adın qədimdir,
xalqımın mübarizə tarixi kimi.
Nəğmələrin
qürurla doldurur qəlbimi.
Ömrün yollarında arzuları yağır olmuş,
möhnətdən, dözümdən
qarabağır olmuş,
alnı açıq, üzü ağ yaşayan,
Səksəkəli ürəyində
arzusunu, ümidini daşıyan
insanlar dedilər:
“Silinsin tarixdən
nəsillərin qara baxtı!”
Gözəllər gözəli,
Qarabağım mənim!
Nənəmin köçəri yolları,
babamın çirməkli qolları,
elin neçə igid oğlu, qızı
səndə olub,
yenə neçə qəhrəmanı səndədir.
Neçə şirin nəğmənin dadı, duzu,
göy ulduzu, yer ulduzu
sinəndədir
Qranitə dönmüş qoşası da,
Tək-tək qızılı da,
Tanıyır adam
qanadlı şahini də,
adı nəğməyə dönmüş
qızını da.
Qəlbimdəsən, gözümdəsən
hara gedim, hara baxım,
Mənim doğma Qarabağım!
Qarabağım!

Müəllif: Rəsul Rza


QARABAĞ ARTIQ AZADDIR şeiri

Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!

Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!

Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!

Müəllif: Elvin Elxanoğlu




Həsrət bitdi, Qarabağ şeiri

Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.

44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.

Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.

Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.

Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.

Tavsiye Konular

Müəllif: Nicat İsmayılov




Qarabağ Bizimlədir şeiri

Salam, Şuşam.Gül-çiçəyi xalı kimi sərmişəm.
Izn ver, basım bağrıma.Görüşünə gəlmişəm.
Şükür, Tanrım.Açılıbdır qaş-qabağın,
Gəlib yenə fərəh dolu, o gözəl xoşbəxt çağın..

Bilirdim kl bizsiz sənə çox ağırdır, çətindir,
Sənə doğru gələn yolda addımlarım mətindir.
Səni düşmən tapdağından xilas etdi şanlı ordum,
Qurtarmısan əsirlikdən,Qarabağım, doğma yurdum.

Daha əvvəlki kimi qan ağlamır İsa bulağı,
Gül-çiçək bürüyüb düzü,yox içində bir alağı.
Yol üstündə durub gözlər igidləri xarı bülbül,
Təbiətin möcüzəsi: yarı çiçək, yarı bülbül.

Azad oldu düşmənlərdən Qubadlı, Kəlbəcər, Laçın,
Qızıl Günəş,Ulduz və Ay, daha çox işıq saçın.
Səni əsir edənlər düşdülər dərdə-dərdə,
Yenə həzin avazlar yüksəlsin pərdə-pərdə.

Intiqamın alındı mənfur, yağı düşməndən,
Doyunca su içərik sənin könül çeşməndən.
Bilirsənmi uğrunda igidlər getdi qurban,
Şəhidlərlə fəxr edər, öyünər Azərbaycan.

Candan əziz bildilər doğma,ana vətəni,
Neçə-neçə min oldu muradına yetənim.
Şəhidlikdi arzusu doğma vətən uğrunda,
Onların acısını hiss edirəm ağrımda.

Vətən ana olarsa, qurban gedər neçə can,
Qarabağ bizimlədir əbədi, Azərbaycan.

Müəllif: Sevinc Arzulu


Qarabağım şeiri

Müzəffərdi şanlı ordu,
Azad oldu Turan yurdu.
Qucağında büsat qurdu,
Bu ehtişam, Qarabağım.

Sevinc fərəh döndü quşa,
Mənliyimdir Laçın, Şuşa.
Arif, Məsum gəldi cuşa,
Təsnif, muğam, Qarabağım.

Güldü üzə qayan, daşın,
Muğan, Şirvan qanqardaşın.
Bu diyardan vətəndaşın
Aldı min kam, Qarabağım.

Gül açdı hər qarış yerin,
Qəlbimizdə sevgin dərin.
Xəcil olub düşmənlərin,
Getdi nakam, Qarabağım.

Tərtərinin avazı xoş,
Kəlbəcərin havası xoş.
İstisuyun dəvası xoş,
Nurdu tamam, Qarabağım.

Millətimin kövrək yeri,
Kəklik yurdu, tülək yeri.
Xan qızının ürək yeri,
Alışan şam, Qarabağım.

Dünya deyir şöhrətindən,
Vüqarından, qeyrətindən.
Mən də sənin heyrətindən
Lalam, lalam, Qarabağım.

Xoş taleyim, nurlu baxtım,
Ən möhtəşəm tacım, taxtım.
Küsmə məndən, gəlib çıxdım,
Salam, salam, Qarabağım!

Müəllif: Əflatun Baxşəliyev

Qarabağa aid şeirlər toplusu

Bənzər Mövzular:


Qarabağ bizimdir bizim olacaq ! şeiri

Qanla tarix yazır şanlı ordumuz,
Günbəgün qayıdır ata yurdumuz.
Erməni rədd ol get, bəsdir durdunuz,
Qarabağ bizimdir, bizim olacaq!

İllərdir deyirik rədd olun gedin,
Demədik Şuşada meymunluq edin.
Sonunda başına yumruğu yedin,
Qarabağ bizimdir, bizim olacaq!

Pasinyan qudurub yallı gedirdi,
Ağlı nə kəsirdi onu edirdi.
Dur gəl Füzulidə rəqs elə indi,
Qarabağ bizimdir, bizim olacaq!

Türkük biz ölmürük, şəhid oluruq,
Bizlər bir öləndə, min doğuluruq.
İti qovan kimi sizi qovuruq,
Qarabağ bizimdir, bizim olacaq!

Müəllif: Elvin Elxanoğlu


Gözün aydın, Qarabağım, qayıtdıq! şeiri

Yollarından qara duman çəkildi,
Gözlərimdən həsrət yaşla töküldü,
Düzlərində xarıbülbül əkildi,
Cəbrayıla, Füzuliyə qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!

Bütövləşdik ürəkdə yumruq kimi,
Zamanı da çəkdik yaya ox kimi,
Xilas etdik biz səni Simurq kimi,
Gözün aydın, şəhər, kəndim, qayıtdıq!
Gözün aydın, Xocavəndim, qayıtdıq!

Koroğlu cəngisi çaldı Üzeyir,
Xan qızım da vüsal nəğməsi deyir,
Gəl Cıdır düzünə, biz edək seyr,
Gözün aydın, əziz Şuşa, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!

Yaralandıq, əyilmədik, sınmadıq,
Otuz ildə Qarabağı danmadıq,
Alov aldıq, kül olmadıq, yanmadıq,
Can Xocalım, biz qayıtdıq, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!

Üçrəngli bayrağım dağlar başında,
Çöhrəm güldü gözlərimin yaşında,
Əsgər tarix yazdı vətən daşında,
Qubadlıya, Ağdərəyə qayıtdıq.
Gözün aydın, Qarabağım, qayıtdıq!

Havalanır Xan əminin gur səsi,
Qəlb oxşayır Qarabağ şikəstəsi,
Azərbaycan gülüb ürəkdən desin,
Xankəndinə, Zəngilana qayıtdıq!
Qarabağım, gözün aydın, qayıtdıq!

Qarabağ bizimdir, nida! Qayıtdıq!
Sənsiz günə etdik vida, qayıtdıq!
Birdəfəlik gözəl yurda qayıtdıq!
Gözün aydın, Kəlbəcərim, qayıtdıq!
Qarabağım, gözün aydın, qayıtdıq!

Sarınacaq yaraların telimlə,
Arınacaq hər qarışın əlimlə,
Daranacaq bulaqların gülümlə,
Ağdam, Laçın, biz qayıtdıq, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!

Bu sevincin bir adı var, Qələbə!
Məğrurluğun xoş dadı var, Qələbə!
Dağ başında üç odum var, Qələbə!
Milli ruhum, azad çağım qayıtdıq!
Odlar yurdum, Qarabağım, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!a

Müəllif: Təranə Arifqızı




Açar Sözlər: qarabağ zəfər şeiri,qarabag azerbaycandir,qarabag haqqinda seir,qarabağ azərbaycandır şeir,qarabağ haqqında şeir,qarabağa aid şeirlər 2023,qarabaga aid seir,qarabağ bizimdir şeiri

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir