Şeirlər

Nüsrət Kəsəmənli şeirləri

Nüsrət Kəsəmənli şeirləri, Nusret Kesemenli sevgi seirleri

Sevilən şairimiz Nüsrət Kəsəmənlinin bir-birindən gözəl və məna dolu 11 şeiri

“Sən demə təzədən sevmək olarmış…” şeiri

Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.


Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.


Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.


Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?


Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qovasan
O səndən qaça…


Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.


İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…


Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış…


“Qar kimi” şeiri

Qar kimi ağ gəldim, ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə “bəlkə” siz gəldim,
Yığıldın güc kimi qollarıma sən.

Bitdi baxışların nəğməsi, sözü,
Sükut qollarında gəzdirdi bizi…
Soyuqdur qar kimi… Nə deyim, düzü,
Bəlkə bu soyuqluq bezdirdi bizi…

Indi xatirənlə yanacağam mən,
Gülsən, gülüşünə bürünəcəyəm.
Qar kimi ovcuna yağacağam mən,
Qar kimi ovcunda əriyəcəyəm…

Həsrətin qəlbimdə dinər tar kimi
Nəğmələr dənizdir, vüsalın qayıq.
Sən də, ay sevgilim, getdin qar kimi,
Qayıtsan, qar kimi ləkəsiz qayıt.


“Dostum” şeiri

Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki, dost deyilik biz?

Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı «dost» bilsin bizi hər zaman,
Denən ki, heç mənim sevən yaşımdı…

Bu yolla gizlədək gəl sevgimizi,
Camaat «dost» bilsin, anansa yoldaş…
«Dost»luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.

«Dost»luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı…
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı…


“Bağışla” şeiri

Bir sözümlə ürəyinə toxundum,
Yalvardığım, sözlərimə bağışla,
Istəyirsən gəl dilimdən as, ancaq,
Səni sevən gözlərimə bağışla.

Hara getsə, sizə tərəf yol alan,
Yalnız sənin atəşinə qalanan,
Evinizə pərvanətək dolanan
Naxış-naxış izlərimə bağışla.

Tavsiye Konular

Özün yazdın ürəyimə adını,
Sən göstərdin məhəbbətin dadını,
Incikliyin atəşini, odunu
Külə dönmüş gözlərimə bağışla…


Nüsrət Kəsəmənli şeirləri mənalı

“Niyə gəldin sən axı” şeiri

Niyə gəldin, axı,
Səni mən çağırmamışdım.
Özün gəlmişdin,
qara bir sevda kimi,
Ürəyimin əkin yerinə
quş dimdiyindən düşən buğda kimi
Cücərməyəydin gərək,
həsrətinlə baş – başa qalacaqdımsa,
Gözləyə – gözləyə heykəl kimi donacaqdımsa,
heç gəlməyəydin gərək…
Duru gölə daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltək
öldürməyəydin gərək,
Şamın son şöləsini
söndürməyəydin gərək,
Niyə gəldin sən, axı,
Heç gəlməyəydin gərək…
Bir quş yuvası kimi
ürəyim boş qalıbdı.
Sənə kim bağışlayar
bu çəkilməz günahı?!
Niyə gəldin sən, axı…


“Səndən Sonra..” şeiri

Özünlə aparmısan
Günlərimin rəngini.
Kədər mənə bənzəyir,
Qəm kövrəlib sən kimi.
İndi başa düşmüşəm,
Sənsiz hər şeyim hədər;
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
Sevgi dolu baxışlar
Şəklindən baxır mənə,
Dönəcəksən bilirəm
Sən əvvəl-axır mənə.
Mən elə bilirdim ki,
Hər şey soyuyub gedər,
-Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.

İçimdə tufan kimi
Çağlayır xatirələr,
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.
Mən kədərdən doymuşam,
Məndən doymayır kədər,
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
O qədor yaxın ikən,
Bu qədər uzaq olduq.
Yorulduqmu sevgidən
Biz yarı yolda qaldıq.
Mən əzablar içində,
Sən özün məndən betər.
Sən özün də heç kəsi
Sevmədin mənim qədər…




“Yoxdursa” şeiri

Göz yaşını axıtmağa dəyərmi?
Sonunda bir güləcəyi yoxdusa.
Hər görüşə sevgi demə, əzizim,
Əgər onun gələcəyi yoxdusa…

Hər gül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdusa…

Oda salsan, buz bağlayıb donacaq,
Əldən uçdu, yad budağa qonacaq.
Könül versən, nə qiymətə alacaq?
Könül qədri biləcəyi yoxdusa…

Ucaltdığın kiçiləndə görəsən,
Əriyərsən gözün görə-görə sən.
Süfrəsinə nə qoyacaq görəsən?
Sənnən tikə böləcəyi yoxdusa…

Demə mənə: nələr gəlir ağlıma,
Vay onda ki, qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdusa


“Bu sevda” şeiri

Nahaqdan doymuşam, mən haqq gəzirəm,
Başıma bir bəla, günah gəzirəm.
Mən ki məhəbbətdən uzaq gəzirəm,
Hardan ürəyimə doldu bu sevda?


Dərdə əyilməzdim, eşqə əyildim,
Bu eşqi Tanrının cəzası bildim,
Mən ki bu sevgiyə hazır deyildim,
Gül kimi əlimdə soldu bu sevda.


Yenə mən olmadım ülfəti qıran,
Sevdimmi, eşqimdə ölüncə varam,
Kədəri bir dünya, sevinci bir an,
Məni bəlalara saldı bu sevda.


Təkliyə sən necə dözürdün, Allah,
Bu eşqlə qəbrimi qazırdın, Allah,
Özünə şərikmi gəzirdin, Allah,
Sənə istəyimi böldü bu sevda.


“Ağla gözlərim” şeiri

Göz yaşını axıtmağa dəyərmi?
Sonunda bir güləcəyi yoxdusa.
Hər görüşə sevgi demə, əzizim,
Əgər onun gələcəyi yoxdusa…


Hər gül altda gizlənənə köz demə,
Hər xatirə qırığına iz demə.
Hər ürəkdən kövrək nəğmə gözləmə,
Sarı simdə dinəcəyi yoxdusa…


Oda salsan, buz bağlayıb donacaq,
Əldən uçdu, yad budağa qonacaq.
Könül versən, nə qiymətə alacaq?
Könül qədri biləcəyi yoxdusa…


Ucaltdığın kiçiləndə görəsən,
Əriyərsən gözün görə-görə sən.
Süfrəsinə nə qoyacaq görəsən?
Sənnən tikə böləcəyi yoxdusa…

Demə mənə: nələr gəlir ağlıma,
Vay onda ki, qara səndən ağ uma.
Ürəksizə ürək verib ağlama,
Bir gün sənsiz öləcəyi yoxdusa


“Neyləyim” şeiri

Bu təbəssüm bir çiçəyin izidi,
Ala gözün bulaqların gözüdü,
Ürəyimdə məhəbbətin özüdü,
Üəryimlə bacarmıram neyləyim?


Hər eyhamın bir tilsimə açardı,
Dil bilsəydi daş da könül açardı.
Ağlım səndən uzaqlaşar, qaçardı,
Ürəyimlə bacarmıram, neyləyim?


Bu ülfətin sonu hicran deyil ki,
Dilim tutmur istəyimi deyim ki.
Sənə gələn yollarımı əyimmi?
Ürəyimlə bacarmıram, neyləyim?


Gözləyirəm…
Hər dəqiqəm il olur,
Sən gəlirsən, hər ləpirin gül olur.
Qəlbim yenə əlibağlı qul olur,
Ürəyimlə bacarmıram, neyləyim?


Uşaqlığın havası var başında,
Ürəyimin xəncəri var qaşında.
De, sevimmi mən indi bu yaşımda?
Ürəyimlə bacarmıram, neyləyim?



“Bəhanəsiz get” şeiri

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.


Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.


Yollar tək döşənib ayaqlarına,
Sənə yalvarımmı? Bu mümkün deyil
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil..


Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm,qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.


Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin…


Getmək istəyirsən, nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin, deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə…


Bənzər şeirlər:


Axtarış sözləri: nüsrət kəsəmənli şeirləri mənalı,nüsrət kəsəmənli sevgi şeirləri,nusret kesemenli seirleri menali,nusrət kəsəmənlinin şeirləri,nüsrət kəsəmənli ayrılıq şeirləri,nusret kesemenli sevgi seirleri,nüsrət kəsəmənli məhəbbət şeirləri,sevgi şeirləri nüsrət kəsəmənli

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir