Şeirlər

Müəllimə aid şeirlər

Müəllimə aid şeirlər, Müəllimlər günü üçün şeirlər

Müəllim Şeiri

Müəllif: H.Abbaszadə

Əldə qələm tutmağı
Bizə sən öyrətmisən.
Möhkəm addım atmağı
Bizə sən öyrətmisən.
Heç zaman unutmarıq
Böyük əməyini biz.
Ey mehriban dostumuz,
Əziz müəllimimiz.
Gəlib doğma məktəbə,
Biz səndən dərs alırıq.
Alışırıq zəhmətə,
Boy atıb, ucalırıq.




Müəllim Şeiri

Müəllif: Leyla Mətin

Adın ən ucadır bizə hər zaman,
Sən bizim mehriban bir anamızsan.
Ruhu doğma olan ən gözəl insan,
Müəllim, müəllim, əziz müəllim!


Böyük səhnələrə gətirdin bizi,
Pillədən-pilləyə ötürdün bizi,
Sənət yollarında bitirdin bizi,
Müəllim, müəllim, əziz müəllim!


Bizi ayırmadın doğma övladdan,
Bizə ürəyində yer verdin hər an.
Mərhəmət öyrətdin bizə hər zaman
Müəllim, müəllim, əziz müəllim




Öyrət Mənə, Müəllim Şeiri

Müəllif:  Günel Əliyeva

Həyatın hər üzünü,
Əyrisini, düzünü,
İnsanlığın özünü
Öyrət mənə, müəllim!
Öyrət xoşbəxt olmağı,
Kədərə dayanmağı.
Əzabların ardından
Həyata tutunmağı.
Həqiqəti, gerçəyi,
” Heç nə” adlı hər şeyi,
“Hər şey” adlı heç nəyi.
Sevməyi, sevilməyi.
Öyrət mənə, müəllim!
Göz yaşımı silməyi.
Bəyaz rəngi sevməyi.
Bəzən səssiz getməyi,
Bəzən səssiz gəlməyi.
Sevinməyi, gülməyi,
Öyrət mənə, müəllim!
Böyüklərə hörməti,
Sevgidə sədaqəti,
Həm qayğını, diqqəti,
Həyatı öyrət mənə,
Öyrət mənə, müəllim!
Həm xeyiri, həm şəri,
Yol gözləyən gözləri
Atılmış körpələri
Sevgiyə öyrətməyi
Öyrət mənə, müəllim!
Günahın çəkisini,
Ürəyin naləsini.
Ağlımızın səsini
Həmişə dinləməyi
Öyrət bizə, müəllim!
Ən çətin anımızda,
Sözlərin yadımızda.
Bizim öz dünyamızda
Bir müəllim olmağı
Öyrət bizə, müəllim!


Müəllim Şeiri

Müəllif: Bəxtiyar Vahabzadə

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

5 Oktyabr Müəllimlər Günü Haqqında Məlumat

Müəllimə aid şeirlər

müəllim haqqında şeirlər,ilk müəllim şeiri,müəllim ömrü şeiri,müəllim haqqında şeir,müəllim şeirləri,müəllimə aid şeirlər ,müəllimə aid şeir,muellim seiri,ilk muellim seiri,muellim seiri usaq ucun
Müəllimə aid şeirlər

Müəllim Şeiri

Müəllif: Rafiq Yusifoğlu.

Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…


Müəllim Şeiri

Müəllif: Furqani

Sən bizə öyrətmisən elmin bütün sirrlərin,
Biz səndən öyrənmişik yaxşı nədi, pis nədi.
Sən bizə göstərmisən ağla qaranın fərqin,
Biz səndən öyrənmişik əyri nədir, düz nədi.

Bizə örnək olmusan sözünlə, rəftarınla,
Bəzən çox sərt olmusan, bəzən həlimdən həlim.
Bütün bəşər tarixində yerin ucadan uca,
Sən əlçatmaz zirvəsən, dağsan əziz müəllim!

Tavsiye Konular



Müəllim Şeiri

Müəllif: Zaur İlhamoğlu

Müəllim, ey əziz, ey gözəl insan,
Sənə nə söyləyim, olsun dəyərli?
Dünyada elə bir agac varmıdır,
Əkdiyin ağactək ola bəhərli?


Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığım ki, etdiklərini
Müəllim adına sığsın qısaca?


Sən bizə həm ana, həm ata oldun,
Bizimlə bağlandı arzun, diləyin.
Bütün ömrün boyu bizlərdən ötrü
Şam kimi əridi vuran ürəyin.


Haçan dara düşdük, əlin uzadıb
Özünü köməyə yetirmisən sən.
Bizim sabahımız nur olsun deyə
Gözünün nurunu itirmisən sən.


Unudub evində qayğılarını
Məktəbdə büruzə vermədin bir an.
Görüb şagirdlərin ruhdan düşməsin,
Bizləri düşündün sən hər bir zaman.


Bəzən acıladın, danladın bizi,
Ki bizlər düşməyək pis səmtə, yönə.
Deyərdin, “eybi yox, inciyin məndən,
Vaxt gələr, minnətdar olarsız mənə”


Allah iki şəxsi sevər hər zaman,
Birisi şəhiddir, digəri alim.
Əgər Allah səni belə sevibsə,
Mən necə sevməyim de, ey müəllim?


Sənin sənətinin bərabəri yox,
O həm şərəflidir, həm də ki çətin.
Dünyada nə qədər sənət var isə,
Qoyub bünövrəsin sənin sənətin.


Yerin bizlər üçün daima uca,
Özü də, qəlbi də təmiz müəllim.
Haqqını yüz ömür ödəmək çətin,
Haqqını halal et, əziz müəllim!
Haqqını halal et, əziz müəllim!


Müəllim ömrü Şeiri



Müəllif: İbrahim YUSİFOĞLU

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü!


Həlimlik gözünün qarasındadı,
Əzizlik qəlbinin parasındadı,
Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi müəllim ömrü!


Günəş hərarətli, dağ vüqarlıdı,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü!


Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri çoxdu,
Dünyanın varında gözləri yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü!


…Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylayan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü!


Bənzər şeirlər:

Açar sözləri: müəllim haqqında şeirlər,ilk müəllim şeiri,müəllim ömrü şeiri,müəllim haqqında şeir,müəllim şeirləri,müəllimə aid şeirlər ,müəllimə aid şeir,muellim seiri,ilk muellim seiri,muellim seiri usaq ucun,en gozel muellim seirleri,muellime aid seir, müəllimlər günü üçün şeir muellime hesr olunmus seirler,

1.5/5 - (2 ses )

You may also like...

1 Comment

  1. ♥︎♥︎♥︎ says:

    Nə gözəldi bütün şeirlər♥︎♥︎★

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir