Şeirlər

Mənalı və Gözəl 7 Ana şeiri

Mənalı və Gözəl 7 Ana şeiri, Ana seirleri anaya aid seirler

Bir-birindən Mənalı və Gözəl 7 Ana şeirini sizlər üçün ərsəyə gətirdik.


Anamın Sözləri Şeiri

Yazar: Fikrət Qoca.

Anamın gözləri şəfadı, nurdu,
Qəlbimdə, yolumda işıq yandırır.
Anamın sözləri vüqar, qürurdur,
Zehnimi, ruhumu işıqlandırır.

Bəzən hirslənəndə, çətin anımda
Əzizləyib məni köksünə sıxır.
Anam saçlarımı tumarlayanda
Bütün ağrılarım yadımdan çıxır.


Sözləri, sığalı şəfalı anam
Əzizdir hamıdan, dünyada təkdir.
Ana Vətən kimi vəfalı anam
Mənə həyat verən canlı mələkdir.


Anam qurban deyib vətənə məni,
Deyib ki, “ən əziz balamsan mənim.
Oğullar qoruyar ana vətəni,
Vətəni qoruyan qalamsan mənim”.


Oxuyub mühəndis, həkim olsam da,
Mənə igid oğlum deyəcək anam.
Oxuyub müəllim, hər kim olsam da,
Ay ana, mən sənin əsgər oğlunam.


Ana Şeiri

Yazar: İslam Səfərli

Əziz ana, can ana,
Gözəl mehriban ana!
Böyütdükcə bizi sən
Dən düşür saçlarına.


Halal südün təmizdir,
Müqəddəsdir diləyin.
Qəlbimizlə bir vurur
Sənin ana ürəyin.


Qəhrəmanlar anası,
Sevimli, əziz qadın.
Bizim ana Vətənlə,
Qoşa çəkilir adın.


Ana Şeiri

Yazar: Bayram İsmayılov

Həyatımın mənası
Aynasısan sən, ana.
Mənə həyat bəxş edib,
Böyütdün yana-yana

Əzəl gündən varlığım,
Müqəddəsimsən mənim.
Sən ey övlad yolunda,
Şam kimi əriyənim.

Hansı varlıq qarşında
Baş əyməyib heyrətdən.
Ana, biraz yaxın gəl
Qoy öpüm gözlərindən.

Səndə olan ətri mən
Heç bir güldə duymadım.
Nədən desən doyaram,
Ana, səndən doymadım.

Sən mənə yanan kimi
Sənə yana bilsəydim,
Özümü bu dünyanın
Ən xoşbəxti sanardım.

Uca tut ki, başını
Vüqar sənə yaraşır.
Səni məğrur görəndə,
Sevincim həddən aşır.

Ana, mənə layla çal,
Nəğmə de həzin-həzin.
Ana, elə gül ki, sən
Bu dünya silkələnsin.

Daim səni şad görüm,
Qəm gözündən silinsin.
Ana, bir də qəh-qəh çək,
Yer kürəsi titrəsin.

Titrəsin, silkələnsin,
Məhvərindən titrəsin.
Sən gül ki, asimandan
Qoy gülüm səpələnsin.

Tavsiye Konular

Yaman darıxıram sənin üçün Ana Şeiri

Yazar: Coşqun Kamal

Yaman darıxıram sənin üçün ANA
Yaman darıxıram səninçün Ana,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi, sarılıb sənə,
Həsrətin gözünü oymağım gəlir.

Elə kövrəlmişəm bu axşam yenə,
İstərəm bir layla deyəsən mənə.
Astaca başımı qoyub sinənə,
Sanki bir bulud tək dolmağım gəlir.

Elə həsrətəm ki, şirin sözünə,
Üzümü söykəyəm, nurlu üzünə.
Uşaq tək gözümü dikib gözünə,
Elə bax beləcə qalmağım gəlir.



Sənə qurbanam, Ana! Şeiri

Yazar: Vahid Çəmənli

Mən səni səslədim, mənə can dedin,
Can deyən dilinə qurbanam, ana!
Odlu ürəyini sən qurban dedin,
Odlu ürəyinə qurbanam, ana!
Deyirdin, nə zaman yaşa dolarsan,
Boyuna baxaram mənsə doymadan.
Gəlib baxacaqsan söylə bəs haçan?
Baxan gözlərinə qurbanam, ana!.

Qədrin bilmədiyim o əllərindən,
İstərəm, yüz dəfə öpüm indi mən.
Başımı sığalla, oxşa yenidən,
Zərif əllərinə qurbanam,ana!

«Ağıllı ol»- dedin hər zaman mənə,
Hər şeyi duymağı öyrətdin mənə,
Məni qərq elədin məhəbbətinə,
Saf məhəbbətinə qurbanam,ana!

Ey gözümün nuru, bir mənə bax sən,
Oğlun heç çıxmayıb öyüdlərindən,
Onu amal edib yaşamışam mən.
Gözəl sözlərinə qurbanam, ana!

Sən qurban olardın mənə həmişə,
İndi yox! Qocalam, saça dən düşə,
Əllərim əlinə bir də yetişə,
Mən sənin qurbanın olaram, ana!


Analı Dünya Şeiri

Yazar: Zəlimxan Yaqub

Anamın yanına gəlmişəm Allah,
Bircə gün anasız eyləmə məni.
Ömrümün mənası varlığındadır,
Heç zaman mənasız eyləmə məni.

Zəhməti, cəfanı, dözümü görrəm,
Qaşımı, üzümü, gözümü görrəm,
Onun güzgüsündə özümü görrəm,
Güzgüsüz, aynasız eyləmə məni.

O uca bir dağdı, mən kiçik təpə,
O coşqun dalğadı, mən həzin ləpə.
Anasız ömürlər dəyməz bir çöpə,
Zərrəyəm, dünyasız eyləmə məni.

Zirvənin ağı var saçın qarında,
Eşqin meyvəsi var bağça-bağında.
Üzmək istəyirəm ağ sularında,
Damlayam, dəryasız eyləmə məni.

Oğul ana üçün bəydi, paşadı,
Ananın eşqiylə oğul yaşadı.
Analı ömürlər toy-tamaşadı,
Toysuz, tamaşasız eyləmə məni.


Ana Şeiri

Yazar: Elvin Elxanoğlu

Anacan,sən bizi böyütmək üçün,
Min bir əziyyətə düçar olmusan.
İndi düşünürəm, bax onun üçün,
Cənnət qapısına açar olmusan.

Gecələr yuxusuz qalmısan ana,
Yorğun gözlərinə qurban olaram.
Canını, canıma qatmısan ana,
Ağrıyan canına qurban olaram.

Ömrünü caladın sən ömrümüzə,
Biz sənə, sənin tək baxa bilmərik.
Anacan, haqqını halal et bizə,
Biz sənin borcundan çıxa bilmərik.


Bənzər movzular:

Mənalı və Gözəl 7 Ana şeiri, Ana seirleri

Ana şeiri (Youtube)

Axtarış sözləri: Ana haqqinda seir, anaya aid seirler gozel ana seiri

5/5 - (1 ses )

You may also like...

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir