Aprel döyüşləri haqqında şeirlər toplusu
Qələbə Ətirli Aprel Şeiri
Yazar: Aygün Hüseyn
Açdı yaxasını döyüş yolları,
Qondu ürəklərə zəfər müjdəsi.
Qələbə eşqinin aprel ətrinə,
Bələndi baharda yurdun sinəsi.
Adı el dilində qəhrəman oldu,
Vətənin qəlbinə ümid səpənin.
Üçrəngli bayrağın uca arzusu,
Güldü başı üstə Ləpətəpənin.
Səngərdən boylanan əsgər hünəri,
Zəfər şərbətini apreldə içdi.
Öpdü qarış-qarış doğma torpağı,
Qələbə donunu əyninə biçdi.
Aprel sevincini yaşadı ellər,
Vətən əsgərinin rəşadətiylə.
Bax Lələtəpədə qalxan bayrağa,
Böyük Qələbənin ətrini iylə.
Yüz yaşa, yurdumun Baş Komandanı,
Sənin hünərindir bütün zəfərlər.
İndi bu vətənin hər qarışında,
Ümid qoxuludur açan səhərlər.
Böyük Zəfərin Başlanğıcı Şeiri
Yazar: Etibar Həsənzadə
Aprel döyüşləri tariximizdir,
Göstərdik dünyaya qələbəmizi.
Göstərdik düşmənə qüdrətimizi,
Hər zaman sarsılmaz birliyimizi.
Azad oldu Talışdakı yüksəkliklər,
Seysulan, Lələtəpə, Cocuq Mərcanlı,
Gülüstan, Qazaxlar, Madagizin yolları
Yüksəldi orda Azərbaycan bayrağı.
İyirmi iki ildir keçilməyən
“Ohanyan xətti” keçilən oldu.
İllərdir qələbəyə həsrət xalqa
Qələbə badəsi içilən oldu.
Muradlar, Samidlər, Şükürlər kimi
Aprel şəhidləri tarix yazdılar.
Qəlblərdə silinməz izlər qoyaraq,
Torpaqlara azadlığı yazdılar.
Dördgünlük döyüşlər bir başlanğıcdır
Gün gələcək, Qarabağı alacağıq.
Bilirəm ki, Zəfər nəğmələrilə
Bayrağı Xankəndində asacağıq.
Zəfər Bayrağı Şeiri
(Aprel şəhidlərinə həsr edilib)
Yazar : Fəridə Ləman
Bir zəfər bayrağı sancdı zirvəyə,
Mənim igidlərim, mənim ərlərim.
Çökdü qarşısında əli uzunlar,
Hələ qarşıdadır al zəfərlərim!
Qurbandı canımız Torpağımıza,
Hər qarış tutyadır, Ana Vətəndir.
Soylu atalardan igid doğular,
Aprel döyüşləri bir imtahandır!
Titrədi torpağın, göyün ürəyi,
Dağların qoynuna səs-səda düşdü.
Vüqarla baxırdı dərələr, düzlər,
Buludlar yalvarıb ayağa düşdü.
Nə şirin dadın var, TORPAĞIM ,sənin,
Ana qucağısan,yad məskən salmaz.
Yuz illər nifrətim vardı nankora,
Ölüncə bu nifrət bir an azalmaz!
Atalar öyünüb qürurlanırdı,
Şərəf imzasını atdı ordumuz.
Qisas yanğısı ilə elə yanırdı,
Arzu,muradına çatdı ordumuz.
Sınaqdan ağ üzlə çıxdı bu Vətən,
Analar sevincdən yaşlar tökürdü.
Ordumuz Rəbbimdən bir güc almışdı,
Yağının başına daşlar tökürdü.
Vətən övladları-şəhid balalar,
Halal Torpağında rahat uyuyun.
Qəhrəman oğullar qisas alarlar,
Bitər nəhayət ki bu haqsız oyun!
Nə qədər Vətən var, qoyduğun yol var,
Köçəcək dünyadan minlər, milyonlar.
Aprel bahar fəsli, bahar arzulu,
Sizlə anılacaq o günlər, anlar!..
Min şeir, min dastan yazsam da yenə,
Qələmim gücsüzdür bu hünər üçün.
Nə deyim, nə yazım, özüm bilmirəm?!
Fəridə qurbandı igidlər üçün!.
Lələtəpə Zəfəri Şeiri
Yazar: Səriyyə Dumanlı
Aylar, illər ötsədə
Qərinələr keçsədə
Xalqın qan yaddaşında
Tarixin amalında.
Lələtəpə zəfərli
İgid oğulların var!
Düşmənindən qorxmayıb
Ölümə yan aldılar
Aprel döyüşlərində
Qələbə qazandılar
Lələtəpə zəfərli
İgid oğulların var!
Yenilməzdi hünəri
İgidlərin zəfəri
Xalqın məğrur əsgəri
Yaşatdı sevgiləri.
Lələtəpə zəfərli
İgid oğulların var!
Səriyyə Dumanliyam
Qəlbi həyacanlıyam
Mən Qaxda doğulsamda
Qarabağa bağlıyam
Lələtəpə zəfərli
İgid oğulların var
Aprel Şəhidləri Şeiri
Yazar: Cəvahir Qaraqızı
Qışı yola saldıq, aprel ayıdır,
Bahar taxtın qurub, yaz əhvalıdı.
Hərəsi bir evin oğul payıydı,
El-oba övladı, payı oldular.
Bir gözümdə sevinc, bir gözümdə yaş,
Sizə üz tutmuşam ay oğul, qardaş.
Qayıdar yurdlara el yavaş- yavaş
Düşmənin qənimi, vayı oldular.
Siz Vətən övladı, siz Vətən daşı,
Qurtarın yurdları, kəsin savaşı.
Düşsün ayaqlara düşmənin başı
Bayrağımın ulduz, ayı oldular.
Qırdız tilsimləri, qırdız tabunu,
Qələbə gözlədik, siz verdiz bunu.
Yedirin düşmənə acı-ağunu,
Başımızın tacı- sayı oldular.
Palkovnik Vüqarım, Raquf, Muradım,
Təbrizim, Urfanım, Mühit, Fuadım
Bilsin bu dünyada yaxınım, yadım,
Hər biri babamız tayı oldular.
Cəvahir, nədir bu zamanın həngi,
Hələ çoxmu çəkər haqlının cəngi?
Vətən güllərindən hörüb çələngi
Gətirdim, igidlər payı oldular
Yurdun Davasını Etdi Oğullar Şeiri
Müəllif: Tamella Pərvin
Düşmən çəpəridir oğul, deyirlər,
Düşmən sipəridir oğul, deyirlər.
Bura Dədə Qorqud yurdudur, atam,
Oğul qalib gəlsə, “Oğul” deyirlər.
Bir aprel günündə basmadı səbrin,
Qırıb zəncirini, getdi oğullar.
Vətən, göz yaşınla sulanan qəbrin,
Yurdun davasını etdi oğullar.
Düşməni ot kimi biçib getdilər,
Dərələr, təpələr keçib getdilər.
Vətənin gözləri qan çanağıydı,
Oğullar bu qandan içib getdilər!
Böyük İmperiyanın şəkli vətənim,
Ey böyük ordudan qalan əsgərim.
Bilsən, damarında hansı qanlar var,
Səfəvi yurdudur sənin vətənin.
Yürü, bayrağını sanc o zirvəyə,
Dünya hünərini gördü, əsgərim!
Yalançı vədlərlə saxlamaq olmaz,
Qılıncı haqq üçün vuran əsgəri.
Alır torpaqları, gedir hünərlə,
Qayıdır qeyrətim, şərəfi m, şanım.
Sancır bayrağını yurda zəfərlə,
Uğurun bol olsun, Baş Komandanım !!!
Bənzər şeirlər:
Aprel döyüşləri haqqında şeirlər
Axtarış sözləri: aprel döyüşləri haqqında şeirlər,aprel döyüşlərinə aid şeirlər,aprel döyüşləri haqqında şeir,aprel şəhidləri haqqında şeirlər,aprel doyusleri haqqinda seir,aprel ayında şeiri,aprel sehidlerine aid seirler,aprel şeiri