27 sentyabr anım gününə aid şeirlər toplusu
Şəhidim Şeiri
Müəllif: Balayar Sadiq
Adın dalğalanır Vətən boyunca,
Bir ovuc torpagın gözləri gülür.
O qızın gözündən məzarın üstə.
Köynəyi islanmış Zəfər tökülür.
… Torpağın alnında möhür yeridir,
Şəhid imzasını daşıyan məzar.
Ayaq altda qoyub bir igid ömrün,
Vətəni çiynində daşıyan məzar…
Bayraq kölgəsində şəhid məzarı Şeiri
Müəllif: Elxan YURDOĞLU
Şəhidlər qoymadı ensin bu bayraq,
Hər dalğası bir şəhidin ruhudu.
Vətən iman yerim, Vətən inancım,
Bu Vətən savaşı – xalqın ruhudu.
Şuşa baş tacımız, sizsə Şuşanın
Tacını bəzəyən qızıl, zərsiniz.
İki min yeddi yüz səksən üç şəhid,
Bu xalqın dilində ta əzbərsiniz.
İki min yeddi yüz səksən üç şəhid,
Aydın səmalardı, açıq alındı.
Sizin sayənizdə Ağdam azaddır,
Kəlbəcər alındı, Laçın alındı.
İki min yeddi yüz səksən üç şəhid,
Xudayar səsində Vətən sözüsüz.
Qarabağ uğrunda təkcə şəhid yox,
Həm də Qarabağın artıq özüsüz.
Bayraq kölgəsində şəhid məzarı,
Bundan müqəddəs yer tanımıram mən.
Vurulsam, yıxılsam, yaram qan versə,
Durub savaşaram – tanı, buyam mən.
Qan sızan yarandan öpürəm şəhid,
Öpürəm boş qalan çəkmələrindən.
Öpürəm savaşda tabloya dönən,
O məğrur duruşlu əsərlərindən.
Önündə diz çöküb baş əyirik biz,
Can verib can verdin daşa, torpağa.
İndi ürəklərdir sənin Vətənin,
Döndün könüllərdə enməz bayrağa.
Bizə haqqınızı halal eyləyin,
Sizlərin hər addım izi Vətəndi.
İki min yeddi yüz səksən üç şəhid,
Min iki yüz qırx beş yaralı igid,
Yüzlərlə qəhrəman qazi Vətəndi.
Vətənə Aid Şeirlər, Vətən şeirləri
Mən Şəhidəm Ölməmişəm Şeiri
Müəllif: Elvin Elxanoğlu
Mən şəhidəm,ölməmişəm…
Şəhidlər ölməzdir axı,
Ölməmişəm, yaşayıram.
Dönüb vətən torpağına,
Torpağıma qarışmışam,
Sarılaraq bayrağıma,
Bayrağıma qarışmışam.
Mən şəhidəm, ölməmişəm…
Külək olub, qarışmışam
vətənimin havasına…
Cismim köçüb bu həyatdan,
Ruhum hər an sizinlədir,
Şirin bir xəyala dönüb,
Kim ki məni arzulayır,
Tez gəlirəm yuxusuna.
Mən şəhidəm, ölməmişəm…
Şeirlərdə, qəzəllərdə yaşayıram,
Rəsmlərdə,filmlərdə,əsərlərdə yaşayıram.
Xalqımın qəhrəmanıyam,
Heç zaman unudulmuram,
Könüllülərdə yaşayıram.
Mən şəhidəm, ölməmişəm…
Qarabağın dağlarında
çiçək olub açıram mən,
Mən şəhidəm, ölməmişəm,
Günəş kimi,
Vətənimin sabahına,
Parlaq işıq saçiram mən.
Mən şəhidəm, ölməmişəm…
Şəhidliyə ucalmışam,
yerim Cənnət,
Nə olsun ki cismim köçüb bu dünyadan?!
Nə qədər ki var bu millət,
Nə qədər ki var bu dövlət,
Neçə ki, xalq şəhidinə qoyur hörmət,
Demək unudulmamışam
Demək hələ yaşayıram.
Şanlı bir gün, şanlı tarix Şeiri
Müəllif: Ələsgər Talıboğlu
Şanlı bir gün… şanlı tarix…
27 sentyabr…
Bu payız səhəri
dolub daşdı,
öz məcrasını aşdı
vüsala susamış,
yatağına sığmayan səbr…
Vətən oğlu – Azərbaycan əsgəri
qarı düşmənimizin –
“dağılmaz” istehkamını,
alaraq ilk kamını
dəlib keçdi.
“Sarsılmaz” mövqelərini,
“topdağıtmaz” səflərini
tarmar edə-edə,
altını üstünə çevirə-çevirə
bölüb keçdi…
Otuz ildir ki,
millətimi bir heç sayan
bu dünyaya gülüb keçdi…
Göstərə-göstərə
açılmasına olmayan gərək
bir aksioma tək
isbatını,
başladı yurdumuzun
zəfər dolu büsatını…
Uğur olsun, Vətən oğlu!..
Şəhidim şeiri
Müəllif: Narıngül NADİR
Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım…
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim.
Ayağın yerdədir, yolun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi –
Dönüb üfüqlərdə itən şəhidim?
İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın,
Bayrağa bürünüb ötən şəhidim.
Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!
Şəhidlər şeiri
Müəllif: Elnur Abdıyev
Hopub yaddaşlara,dönüb daşlara,
Adil ürəklərdə yaşar şəhidlər.
Ölümdən bac alıb ölümsüzlüyü,
Dərd çəkib hər dərdə yaşar şəhidlər.
Sonsuz üfüqlərsi yurdu,oylağı,
Ölüb yaşayarlar mələk sayağı,
Əbədiyyət adlı aşılmaz dağı,
Aşan sevgilərdə yaşar şəhidlər.
Həqiqət aynası, qeyrət güzgüsü,
Hər şəhid məzarı Vətən kürsüsü,
Adları dillərdə Vətən türküsü,
Şirin nəğmələrdə yaşar şəhidlər.
Yaradan eşqindən don geyə-geyə,
Rahat uyusunlar məzarda deyə,
Bütöv Azərbaycan əl açar göyə,
Dualı dillərdə yaşar şəhidlər.
O rəhmət beşiyi,mərhəmət kanı,
Hifz etsin Anamız Azərbaycanı,
Vətəni olmayan Vətəndaş hanı?
Vətən olan yerdə yaşar şəhidlər.
27 sentyabr anım gününə aid şeirlər
Ey Şəhid Şeiri
Müəllif: Qalib Nuri Arif
Ey Şəhid! Vətəni qorumaq üçün,
Düşmən gülləsinə sipər oldun sən.
Qanınla xəritə cızaraq bu gün,
Bizlərə eylədin əmanət – Vətən.
Ey Şəhid! Qarşında biz ağlayırıq,
Almadın həyatdan sən öz kamını.
Düşmənə vermədin aman bir anlıq,
Aldın məzlumların intiqamını.
Ey Şəhid! İgidlik dastanı yazdın,
Tarixə şəhidlik möhürü vurdun.
Düşmən yazdığını qanınla pozdun,
Torpağın adını sən Vətən qoydun.
Ey Şəhid! Qarşında baş əyirik biz,
Sönmüş ocaqlara ruh verdin yenə.
Sahibsiz, yiyəsiz qəbirlərimiz,
Əsarətdən çıxıb döndü Vətənə.
Ey Şəhid! Gözlərin bulağı oldun,
Ruhundan qəlblərin çeşməsi daşır.
Hər qəlbdə, könüldə doğma iz qoydun,
Hər evdə-ocaqda adın dolaşır.
Ey Şəhid! Qürurla anamız Vətən,
Şanlı bayrağıyla bələdi səni.
Çünki, o bayrağı öz qanınla sən,
Boyayıb qorudun Ana Vətəni.
Ey Şəhid! Ruhunu alan mələklər,
Şəhadət verdilər şəhidliyinə.
Allah məqamına verərək dəyər,
Cənnətdə imarət qurdurub sənə.
Ey Şəhid! Ulduzlar kimi məkanın,
Əlçatmaz səmada olacaq artıq.
Səni görmək üçün hər gün səmanın,
Sən olan nuruna boyanacağıq.
Ey Şəhid! Vətənə qurban olaraq,
Qanınla adını yazdın üstünə.
İndi dalğalanıb üstündə bayraq,
Odlu salamını çatdırır sənə.
Ey Şəhid! Ölümə qalib gələrək,
Döndün ölməzliklə əbədiyyətə.
Qəhrəman ruhuna salam verərək,
Hər gün doğulursan sən bu millətə.
Ey Şəhid! Getdiyin Cənnətdə səni,
Nur üzlü şahzadə qarşılayacaq.
Peyğəmbər nəvəsi İmam Hüseyni,
Görəndə sevincin aşıb-daşacaq.
Ey Şəhid! Haqqını halal et bizə,
Qalan ömrümüzü borcluyuq sənə.
Qoymadın xal düşə qeyrətimizə,
Canını verməklə qurban Vətənə.
Azərbaycan Əsgəri Şeiri
Müəllif: Murad Qoçuoğlu
Rəşadətin önündə,
düşmən də təslim olur.
Hünərindən danışır,
söz açır, hər kim olur,-
Azərbaycan əsgəri.
Ayağın dəyən torpaq,
əsirlikdən qurtarır.
Sən qalxan ucalığa,
dağlar həsəd aparır,–
Azərbaycan əsgəri.
Vətən üçün canından,
keçməyə də hazırsan.
Qəhrəmanlıq tarixin,
al qanınla yazırsan,-
Azərbaycan əsgəri.
Saxta tarix yazanın,
niyyəti pozulacaq.
Sənin rəşadətindən,
dastanlar yazılacaq,-
Azərbaycan əsgəri.
Tarix mat qalıb sənə,
zamana dur, deyirsən.
Sən verib öz hökmünü,
komandir, vur, deyirsən,-
Azərbaycan əsgəri.
Düşməni nişan alan,
gözünə qurban olum.
Yurduma naxış vuran,
izinə qurban olum,-
Azərbaycan əsgəri.
Millətin qürurunu,
sən özünə qaytardın.
Qalibiyyət bayrağın,
zirvələrə apardın,-
Azərbaycan əsgəri.
Özünü dərk edəndə,
millət qüdrətli olur.
Hər oğulu, hər qızı,
qorxmaz, cürətli olur,-
Azərbaycan əsgəri.
Düşmənin namərdliyi,
südündə, qanındadı.
Məğrurluğun, qürurun,
səninsə soyundadı,-
Azərbaycan əsgəri.
Qədim tariximizə,
varlığın zəmanətdir,
Ululardan bu günə,
yurdumuz əmanətdir,-
Azərbaycan əsgəri.
Özünə qayıdacaq,
hər yurdun dogma adı.
Yüksələn bayrağımız,
zirvədən də ucadı,-
Azərbaycan əsgəri.
Qələbə soraqları,
düşmənin belin qırıb.
Yumruq kimi birləşib,
arxanda millət durub,-
Azərbaycan əsgəri.
İşğaldakı torpağı,
qarış-qarış alırsan.
Döyüş meydanlarında,
şanlı zəfər çalırsan,-
Azərbaycan əsgəri.
Bu gün qalibsən artıq,
düşmənə vermə möhlət.
Xilaskar ordusuna,
sənə güvənir millət,-
Azərbaycan əsgəri.
Ali Baş Komandan da,
igid ər tək döyüşür.
Dünya hərb meydanında,
bir əsgər tək döyüşür,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri.
Vətən şeirləri 2024
Azərbaycan əsgərinə Şeiri
Müəllif: Adilə Nəzər
Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.
Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.
Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.
Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
Qarabağ Artıq Azaddır Şeiri
Müəllif: Elvin Elxanoğlu
Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!
Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!
Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!
Bənzər şeirlər:
Açar sözləri: 27 sentyabr anım günü şeirlər,27 sentyabr anım günü aid şeir,27 sentyabr anım gününə aid şeirlər,27 sentyabr anım günü şeirləri,27 sentyabr aid seirler,27 sentyabr aid şeirlər,27 sentyabr anım günü şeir,27 sentyabr anim gunune aid seirler,27 sentyabr anım günü haqqında şeir,27 sentyabra aid şeirlər,şəhidlərin anım gününə aid şeir,Şəhidlər haqqında şeirlər
Hepsi çok uzun bana kısa şiir ler gerek
Ne kadar öyrenmek istiyirsən o kadar öyren
Bunların Hepsi
çoooooookkkkk uzun
seirler cox gozeldir
coxxxxxxxxxxxxxxx
Qəşəng
Superdi 1.
Gozeldi
Cox gozel seirlerdi
sehidler
Uzundu
Çox
Uzundu