Şeirlər

20 Yanvar seirleri | Qanlı 20 Yanvar haqqında şeirlər

20 yanvar seirleri qanli 20 yanvar haqqinda seirler

20 Yanvar, azadlıq üçün canını qurban verənlərin yaddaşımıza həkk olunduğu bir gündür. Sovet tanklarının şəhəri qırıb keçdiyi o anlar, Bakı və bütün Azərbaycan üçün müstəqillik yolunun başlandığı və heç vaxt unudulmayacaq bir tarixə çevrildi. Bu gün, hər bir şəhidin ruhu, azadlıq fənərini işıqlandıraraq, gələcək nəsillərə ilham verir.



Şəhidlər xiyabanı şeiri

Dayanın, Şəhidlər xiyabanıdı,
Yas toya qarışıb, toy yasa burda.
Qızıl qumaşlarda qara xonçalar,
nişan gətiriblər bir qıza burda.


Nigaran gedənlər yatır xəbərsiz,
yatağı boş qalıb, atı yəhərsiz.
Ana var, ogulsuz, gəlin var ərsiz,
nəydi bu müsibət, bu cəfa burda?


Qızıl qan ləkəsi qalır gül üstə,
bir qurğu qurdular fitnə-fel üstə.
İl təhvil olubdu qərənfil üstə,
verib öz yerini qış yaza burda.


Kim bilir, nə qədər ölən-qalan var,
Vətəndə bir vətən şəhid olan var.
Hələ bir-birini xəbər alan var,
dil yox, sual verir, göz-gözə burda.


Şəhriyar əlində bir əsa gəlsin,
Çağırın Babəki bu yasa gəlsin.
Qısas istəyəni qisasa gəlsin,
Yer özü çağırır qisasa burda.


Bir yandan məğrurluq, bir yandan həya,
Yası bir boyadı, toyu bir boya.
Neçə Koroğlular gəldi dünyaya,
cavan Babək yatır, hardasa burda.

Müəllif: Nəriman Həsənzadə


Bil 20 Yanvardır şeiri

Gördün ki, şimaldan şütüyür tanklar,
Gördün ki, havada barıt iyi var,
Ah çəkir analar, ağlayır zar-zar
– Bil, 20 Yanvardır!


Gördün avtomatdan güllə ələnir, Azadlıq
yoluna qan səpələnir,
Fəryadıma Allah göylərdən enir
– Bil, 20 Yanvardır!


Gördün buludlarda gizlənir səhər,
Matəm köynəyini geyinir şəhər,
Üçrəngli bayraqdan asılıb kədər
– Bil, 20 Yanvardır!


Е1 ağı deyəndə şəhid anama,
Düzdə ceyranıma, göldə sonama,
Kişilər ağlamaz… ağlayır amma
– Bil, 20 Yanvardır!


Gördün azadlığın doğur ülkəri,
Toy-düyün bürüyür bizim elləri,
Onun təməl daşı, onun cövhəri
Bil, 20 Yanvardır!

Müəllif: Dəmirli D.


Ağla, qərənfil, ağla şeiri

Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!

Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!

Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!

Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!

Tavsiye Konular

Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!

Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!

Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!

Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,f
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!

Müəllif: Məmməd Aslan


Şəhidlər Xiyabanı şeiri

Şəhidlər xiyabanı
Müqəddəs and yerimiz.
Mərmər daşlara hopub,
Bayatımız, şe`rimiz.


Bizə güllə dəyəndə,
Bu torpaq yaralanıb.
Onun sinəsi üstdə
Məzarlar sıralanıb.


Mərdləri qorxutmayıb,
Namərdlərin gülləsi.
Hər qəbir – azadlığa
Gedən yolun pilləsi.


Əlimizdə qərənfil
Dilimizdə haqq sözü.
Bu günahsız millətə
Kömək olsun haqq özü!


Hər baş daşı çevrilib,
Şərəf, qeyrət büstünə.
Bir güllə qoyulubdur
Hər məzarın üstünə.


Igid oğullarımız
Cərgə ilə keçirlər,
Məzarların önündə
Diz çöküb, and içirlər.
Güllələri götürüb
Döyüşlərə gedirlər.
Günahsız qurbanların
Ruhunu şad edirlər.
Şəhid məzarlarından
Gedən odlu güllələr,
Düşmənlərin başına
Alov saçar, kül ələr.
Geri dönər Xocalı,
Geri qayıdar Şuşa.
Şəhid ruhu şad olar,
Dönər bir qızıl quşa.
Qarabağ torpağının
Üstündə uçar, uçar.
Hamımızın qəlbində
Arzular çiçək açar.

Müəllif: Yusifoğlu R.

İgidlərim qoldu,qıçdı şeiri

(20 Yanvar şəhidlərinə)

Göz qaynayar bulaq kimi,
Bəs bulağa nə deyək biz?
İtkinləri haylayırıq,
Bu sorağa nə deyək biz?


Yüz dərdə, qəmə dolmuşuq,
Ötən anadil olmuşuq,
Yanıb-yanıb kül olmuşuq, Ax,
ocağa nə deyək biz?


Ümidin axırı heçdi,
Yağılar yurdumu biçdi,
İgidlərim qoldu, qıçdı О
uşağa nə deyək biz?


Ürək yansa külmü olar? Dərd,
qəm qara tülmü olar? Dağ
boyda da külmü olar? Of, bu
dağa nə deyək biz?

Müəllif:


Qanlı 20 yanvar şeirləri

20 Yanvar şeiri

İyrimi yanvar gecəsi,
Yurdumuzun dəhşətlisi.
Qarbaçovlar Raisalar,
Yurdumuzda qan gölünü yaratdılar.
Torpaq deyib nərə çəkən,
Vətən deyib һагау salan.
Gənclərimi susdurdular
Yurdumuzda qan gölünü yaratdılar.
Şəhid oldu balalarım,
Ağlar qaldı analarım.
Gözü yaşlı atalarım,
Öz yurdunda qan gölünü yaratdılar.
Əsir düşdü körpələrim,
Cavanlarım, qocalarım.
Gəlinlərim, bacılarım,
Öz yurdunda qan gölünü yaratdılar.
Çörəyimi yeyən dostum,
Torpağımda gəzən dostum,
Torpağıma yağı oldu,
Çörəyimə bais oldu.

Müəllif:Buzovnalı R.


Mərsiyə şeiri

Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
Ölmədi! Şanlı şəhid oldu necə yüzlərimiz
Bu saat Kərbü bəla düzləridir düzlərimiz,
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Kim görüb böylə mərasim ola milyonlar ilə,
Bakı insan axınıyla dola miiyoniar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola miiyonlar ilə,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası… qırmızı al lenta ilə.
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə…
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Düşdü dildən-dilə bu qətl, bu matemgahımız,
Çatdı hər ölkəyə bu şəhri-bəyani ahımız,
Gördü aləm ki, aman… cəlladımızmış şahımız,
Yoxsa da bir şeyimiz, vardı fəqət allahımız,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar.
Hər məzar qanlı beşik – laylayı ağı, məzar!
Dayanıb tam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qaiıb, təzələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini…
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədiiər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Müəllif: Qabil


Şəhidlər şeiri

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…


Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…


O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…


Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…


Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı el qeyrəti çəkdi Şəhidlər…


Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…


Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…


İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər…

Müəllif: Bəxtiyar Vahabzadə


Bənzər Mövzular:


Axtarış sözləri: 20 yanvar seir bəxtiyar vahabzade,qara yanvar seir,20 yanvar seirleri en gozel,qanli yanvar seiri,20 yanvar aid seir,20 yanvar haqqında seir,20 yanvar sehidleri haqqinda seir,20 yanvar faciesi seir,qanlı yanvar şeir,20 yanvar şəhidlərinə aid şeirlər,20 yanvar haqqında şeir,20 yanvar şəhidləri şeir,20 yanvar üçün şeir,iyirmi yanvar aid şeir

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir