18 oktyabr müstəqillik günün mövzusunda bir-birindən gözəl şeirlər
Müstəqillik Bayram Şeiri
Müəllif: Solmaz Şirin
Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!
Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!
Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!
Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!
Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!
Azad Respublika, Adın Mübarək Şeiri
Müəllif: Solmaz Şirin
İki yaşlı körpə ikən
Sən boğuldun, can vermədin.
Qəddar, qansız nadanlara,
Şeytansifət insanlara
Könül, həyat, qan vermədin.
Sən yenidən cana gəldin
Yeni ölkə, diyar kimi-
Abadlaşdın, gözəlləşdin.
Açıb haqqa qollarını,
İşıqlatdın yollarını.
Gəzib yurdun sol-sağını,
O üçrəngli bayrağını
Qaldıraraq ucalara
Səs çatdırdın dosta, yara.
Zəhmətinə oldu əvəz-
Bu bayrağın bir də enməz!
Bu zamanın nidasıdır!
Məmməd Əmin dühasıdır!
Bayrağımız Şeiri
Müəllif: Mahmud Əhməd
Ay-ulduzlu, gur şəfəqli,
Göz oxşayan, bər-bəzəkli,
Göy, qırmızı, yaşıl rəngli,
Dalğalanan bayrağımız.
Sən millətin qürurusan,
Odun şöhrət, sünbülün şan,
Yenilməzdir Azərbaycan,
Ucal hər an, bayrağımız!
Tanrı bizi darda qoymaz.
Gözəlliyə fələk qıymaz.
Səndən heç vaxt könül doymaz,
Məğrur dayan, bayrağımız!
Öz yerin var yer üzündə,
Bir bəzəksən el gözündə,
Şuşada, Cıdır düzündə,
Qalx, dalğalan, bayrağımız!
İstiqlal marşı Şeiri
Müəllif: Nəbi Xəzri
Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!
Addım-addım qucağından
Odlu sellər çağlasa da,
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!
Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kimlər sənin göz dikmədi
Torpağına, Azərbaycan!
Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına, Azərbaycan!
Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən
Vüqarımsan, Azərbaycan!
Öz müqəddəs dağlarından
Günəş kimi uca sənsən,
Yer üzündə mənim Odlar
Diyarımsan, Azərbaycan.
Səhərlərin qoy açılsın,
Təzə nurlu bahar ilə,
Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!
Bənzər şeirlər:
- Vətənə aid şeirlər 2023, Vetene aid seirler toplusu
- Şəhidlərə aid şeirlər
- 27 Sentyabr Anım Gününə aid şeirlər, 27 Sentyabr şeirləri
Azərbaycanım şeiri
Müəllif: Süleyman Rüstəm.
Qanımdır, canımdır Azərbaycanım,
Adımdır, sanımdır Azərbaycanım!
Uğrunda canından keçənlər olub,
Əcəl şərbətini içənlər olub,
Gözəl dünyamızdan köçənlər olub.
Oğullar itirib Azərbaycanım,
İgidlər yetirib Azərbaycanım!
Sonsuz məhəbbəti ürəyimdədir,
Qüvvəti dizimdə, biləyimdədir,
Torpağının ətri çörəyimdədir,
Belə bir dünyadır Azərbaycanım,
Həmişə bahardır Azərbaycanım!
Vicdanı bir ləkə götürməz onun,
Bağçası bir qanqal bitirməz onun.
Övladı dostluğu itirməz onun,
Həyat nəfəslidir Azərbaycanım,
İnqilab səslidir Azərbaycanım!
Hüsnünü qoruyan gözüm var mənim,
Dağında, daşında izim var mənim,
Zəfər kitabında sözüm var mənim,
Bütün varlığımdır Azərbaycanım,
Bəxtiyarlığımdır Azərbaycanım.
“Azadlıq” şeiri
Müəllif: Xəlil Rza Ulutürk.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
18 oktyabr müstəqillik günü haqqında şeirlər
Açar sözləri: 18 oktyabr müstəqillik günü haqqinda seirler,18 oktyabr musteqillik gunu haqqinda seir,18 oktyabr müstəqillik gününə aid şeirlər,18 oktyabr müstəqillik günü şeir,18 oktyabr müstəqillik günü şeirlər,18 oktyabr aid şeirlər,18 oktyabr seir,müstəqillik günü şeir,müstəqillik günü haqqında şeirlər,azadlıq haqqında şeir,azadlığa aid şeirlər
gozel seirlerdi