Yalan sözdənsə, susmaq yaxşıdır.
aTALAR SÖZÜ
Yalan ayaq tutar, yeriməz.
Qorxu adama yalan dedirdər.
Yalançının üzü qara olar.
Kim ki, çox and içir, çox da yalan deyir.
Acgöz, yalançı toruna düşər.
Dil yalançı olunca, lal olsa yaxşıdır. .
Yalanın ayaqları gödək olar.
Yalan söz üz qızardar.
Yalançı kimdir? – Eşitdiyini söyləyən.
Yalançını mənzilənədək qov!
Yalançının evinə od düşdü, heç kəs ona inanmadı.
Yalan danışan hamını qanmaz bilər.
Yalan bütün pisliklərin müəllifidir.
Faydalı yalan nifaq salan həqiqətdən yaxşıdır.
Çox danışanın yalanı olar.
Yalan danışmaq bütün xətaların əsasıdır.
Yalan adamı bir dəfə qurtarırsa, doğru iki dəfə qurtarır.
Şirin yalandansa acı həqiqət yaxşıdır.
Yaxşı bir məqsədi olan yalan, nifrət oyadan həqiqətdən daha yaxşıdır.
Yalan deyibsənsə, yadında saxla.
Yaş artdıqca dünyanın yalanı daha yaxşı bilinir.
Oğurluğu bacaran, yalanı da bacarar.
Yalan danışmaq damdan tullanmaq kimidir.
Yalançı adamın dostluğuna dözən özü də yalançıdır.
Yalan ki var, doğrunun quludur.
Yalançının şamı gün batana qədər yanır.
Yalana aid Atalar Sözləri
Yalan xəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən.
ATALAR SÖZÜ
Yalançı, özünün düşmənidir.
Yalançının dili topuq vurar.
Yalanda da bir həqiqət olur.
Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir.
Yalançının ipiylə quyuya düşən quyuda qalar.
Oğru həmişə doğruluqdan danışar.
Yalan bir çürük dişdir, çəkib atmaq gərəkdir.
Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir
Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.
Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
Ağıllı imandan, yalançı böhtandan yapışar.
Yalana min yol gedir, doğruya bir yol.
Axmaq düzü damcı-damcı udar, yalanı – qaşıq-qaşıq.
Yalan söz pırtlaşıq saç kimidir, sahmana salmaq çətin məsələdir.
Yalan yalnız həqiqət gələnə qədər davam edər.
Həqiqət dilli-dilavər olmur, yalan bər-bəzəkli olsa da.
Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar.
Yalanla nahar edə bilərsən, amma axşam yeməyinə qədər davam etməyəcək.
Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.
Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər.
Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.
aTALAR SÖZLƏRİ
Diğer içerikler:
Axtarış üçün sözlər: yalan haqqında atalar sözləri,yalan haqqinda atalar sozleri, yalana aid atalar sozu,yalana aid 10 atalar sozu yalana aid atalar sözü,,atalar sozleri yalana aid yalana aid atalar sozler,dogru ve yalana aid atalar sozleri
