Azerice sözler

Ölümə aid sözlər, Ölüm haqqında statuslar

Ölümə aid sözlər, Ölüm haqqında statuslar

İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü. – Loğman Həkim

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.  -Anri Barbüs

Ölümdən yox, boş həyatdan qorxmaq lazımdır. -Bertolt Brext

Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir. -Nazım Hikmət

Ölüm var ölüm kimi, ölüm var zülüm kimi.
-Atalar sözü

Ölüm var ki, həyat qədər dəyərli,həyat var ki, ölümdən də zəhərli. – Hüseyn Cavid

Ölümdən qorxan demək artıq yaşamır. – İ.Zeyme

Ölüm – inancsız insanlar üçün qorxunc bir sondur, amma inananlar üçün nə qədər zövqlü bir başlanğıcdır. -Möhsün Yazıçıoğlu

Pis həyat pis ölümə gətirib çıxarır. -Z.Moyer

İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın. -Hz. Əli

Ölməyə dəyər bir məqsədi olmayanın yaşamağa dəyər bir məqsədi də olmaz. -Martin Lüter Kinq.

Qızıl gül olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. -Atalar sözü

Ölümündən qorxub həyatı zindan zənn etmə!
Ömür zindandırsa məzar onun qapısıdır. – Cəlaləddin Rumi

Ölümə aid sözlər, Ölüm haqqında statuslar

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur. -Cəlil Məmmədquluzadə

Ölümsüzlüyün birinci şərti ölümdür.  -Stanislav Eji Lets

Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan. -Yunus Əmrə

Ölümün olduğu dünyada hər şey qeyri-ciddidir. -Frans Kafka

Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır. -Oton

Ölüm soyuq bir gecədən başqa bir şey deyil; həyat isə isti və bürkülü bir gün. -Henrix Heyne

Uşaqlar qaranlıqdan hansı səbəbdən qorxurlarsa, insanlar da o səbəbdən ölümdən qorxurlar, yəni onlar orada nə olduğunu bilmirlər. -Frensis Bekon

Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir. – Robin Şarma

Nə yaxşı ki, bu dünyada hər kəsin haqqı çatır haqdan gələn ölümə.. – Ramiz Rövşən



Tavsiye Konular

Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi. -Qoqol

Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. -Stiv Cobs

Ölüm -yaradılmışın Yaradana qovuşmasıdır,şəbi-ərus,yəni toy gecəsidir. -Mövlana Cəlaləddin Rumi

Qəbrimə doğum yox, ölüm ili yox, Qəbrimə sevdiyim illər yazılsın. -Nəbi Xəzri.

Həyatı elə yaşamaq lazımdır ki, ölüm onu məhv edə bilməsin.- Lev Tolstoy


Əgər istəyirsən ölümündən sonra da yaşayasan və gələcək nəslin hörmətini qazanasan, özündən xeyirxah ailə və yaxşı bir kitab yadigar qoy. – Pifaqor

Bənzər Sözlər:


Axtarış sözləri: ölüm sözleri acılı,ölüm haqqında statuslar,vaxtsiz olum statuslari,ölümə aid statuslar,aglamali olume aid statuslar, olume aid sozler,ölüm sözleri ,ölümə aid mənalı sözlər

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir