Müəllim insanları aydınlığa çıxaran işıq kimidir.
– Viktor Hüqo
Müəllim haqqında bir-birindən gözəl və mənalı aforizmlər və kəlamlar sizlər üçün ərsəyə gətirdik.
Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. – M. K. Atatürk
Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim. – Sokrat
Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. -Heydər Əliyev
Bir müəllim əbədiyyətə hökm edən insandır. -H.B. Adams
Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir. – Fridrix Nitsşe.
Müəllim şama bənzər: özünü əridərək başqalarına işıq verər. – M. K. Atatürk
Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir. -Nikolay Qoqol
Yaşamağı atama borcluyam. Yaxşı yaşamağı isə müəllimimə. – Makedoniyalı İskəndər
Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. -Sultan Məcid Qənizadə
Bana bir harf öğretenin kırk yıl kölesi olurum. – Hz. Əli
Müəllim səmada doğan günəşə bənzər. Qaranlığa meydan oxuyar və yanar ətrafa nur saçar. – Anonim
Yer üzündə müəllimdən daha bir şərəfli peşə tanımıram. -Sinoplu Diogen
Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. – Konfutsi.
Pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim isə onu tapmağı öyrədir.-Adolf Disterveq
Yazıq o şagirdə ki, müəllimini üstələyə bilməyib. -Leonardo da Vinçi
Şagird müəllimin bilik səviyyəsinə çatana qədər o, həqiqətən müəllimini tanımır. -Əbu Hamid əl-Qəzali
Əsl müəllim bilmədiyimizi öyrətməməlidir,əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır.
Bu insanların arasında ana-atadan sonra müəllim gəlir.Ədalətli olanda da,zahirən ədalətsiz görünəndə də sev,şad olanda da,kədərli olanda da sev.Sev onu həmişə və”müəllim”sözünü daim ehtiramla dilə gətir.”Ata” sözündən sonra ən alicənab,ən zərif sözdür “müəllim”.
-Edmondo De Amicis
Müəllim haqqında aforizmlər və kəlamlar
Bir uşaq, bir müəllim, bir kitab və bir qələm bütün dünyanı dəyişdirə bilər. – Məlalə Yusəfzay
Dünyada hər şeyə qiymət qoymaq olar, lakin müəllimin əməyinə əsla qiymət qoymaq olmaz.- Sokrat
Biliksiz müəllim susuz bulağa, işıqsız fənərə bənzəyir. -Y.A.Komenski
Müəllim nə qədər ki, oxuyur, öyrənir o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür. -Konstantin Uşinski
Əsl müəllim həmişə ən çalışqan şagird olmalıdır. -Maksim Qorki
Ən yaxşı müəllim xəyal etməyi və öyrənmə eşqini aşılayandır. – Brad Henry
Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür. Çünki ata bədəni, müəllim isəə ruhu inkişaf etdirir. – M. Servantes
Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələrə öz fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır.- Aleksis Karrel
Hər müəllim, zamanı gəldiyində öyrətməyi buraxmasını öyrənməlidir.-Bertolt Brext
Tələbələrinə öyrənmə arzusu aşılaya bilməyən bir müəllim soyuq dəmiri döyən bir dəmirçi kimidir. – Henrix Mann
Müəllim həqiqəti heç zaman deməməli, hər bir şagirdin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır. – Brüs Li
Müəllim — hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir.-Füyuzat jurnalı
Müəllimlər, hər bir cəmiyyətin gələcəyinin əsas memarları və gerçək qəhrəmanlarıdır. – Anonim
O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. -Xudu Məmmədov
Yaradıcılıq gələcəkdə uğurun açarıdır və ibtidai təhsil odur ki, müəllimlər uşaqlara o səviyyədə yaradıcılıq gətirə bilirlər. – Abdul Kalam
Bir müəllimin uğuru, təkcə öyrətdiyi bilikdə deyil, həm də şagirdlərinin qəlbində qoyduğu gözəl hislər və xatirələrdədir.- Anonim
Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq. Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. -Lev Tolstoy
Ömürlərə nur paylayan müəllim müqəddəsliyini bilməmək zülmətli gələcəyə yol açmaq deməkdir. -Vaqif Abbasov
Ən parlaq ulduzdu, nur saçan aydı,
– İbrahim Yusifoğlu
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü!
Bənzər mövzular:
Axtarış sözləri: muellim haqqinda gozel sozler,sekiller muellime aid menali sozler,müəllim haqqında gözəl sözlər,muellim gunune aid gozel sozler,muellime aid gozel sozler, müəllimə aid gözəl sözlər,müəllimə aid statuslar
Salam