Azerice sözler

Məşhur dahilərdən dahi sözlər və kəlamlar

Meshur dahilerden dahi sozler ve kelamlar dahi sözləri mənalı sözlər

Tanınmış məşhur dahilərin bir-birindən menali sozlerini sizlər üçün ərsəyə gətirib bu postu hazırladıq.

Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.

– Hüqo

Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir.- Lev Tolstoy

Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var… – Dostoyevski

İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin bir şəkildə eşidər.- Leonardo Da Vinçi

Kədər ağıllı adamların müəllimidir.- Corc Bayron.

 Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. – Viktor Hüqo

Yaxşı, xeyirxah və səmimi insanı gözlərindən tanımaq olar. – Mark Avreli

Haqsızlıq etməyən hörmətə layiqdir. Başqalarının haqsızlıq etməsinə imkan verməyən isə ikiqat hörmətə layiqdir.- Platon 

Poeziya – sadəcə gözəl söylənmiş bir fikir deyil. O qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir. – Cübran.

Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. – Rene Dekart

Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. – Kiçik Seneka

Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. – Aristotel

Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar.- Plato

Xarakter – prinsiplərlə hərəkət etməyi bacarmaqdır.- Immanuel Kant

Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz. – Mahatma Qandi

Qadın bilməyənə nəfs, bilənə nəfəsdir. – Şəms Təbrizi

Əksər insanlar səhv etməkdən qorxaraq yeni heç nə etmirlər. Amma bundan qorxmaq lazım deyil. Çünki, məğlub olan insan necə qalib gəlməyi tez uğur qazanan insandan daha çox biləcəkdir. – Albert Eynşteyn

Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.- İ.Kant

Meshur dahilerden dahi sozler ve kelamlar

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. – İohann Volfqanq Höte

İnsanlar əylənə bildikləri ilə tanış, paylaşa bildikləri ilə dost, ağlaya bildikləri ilə qardaş olurlar.- Anton Çexov

Sülhün bərqərar olması bütün güclülərdə insaf, gücsüzlərdə isə cəsarət olmalıdır. -Rabindranat Taqor

İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. – Bencamin Franklin 

Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır. – Corc Bernard Şou

Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır..  – Artur Şopenhauer

Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. -Vovenarq

Ən böyük əfər savaşmadan qazanılır.
Ən uğurlu rəhbər əmr etmədən idarə edir. – Sun Tzu

Savaşmaq istəyirsənsə, öz cahillyinlə savaş. – Albert Eynşteyn

İnsanı böyük vəya kiçik edən, onun öz iradəsidir.- Fridrix Şiller


 Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir.- Bertran Rassel

Həyatı şahmatdan fərqləndirən cəhət, şahmatın nə zamansa bitməsi, həyatın isə davam etməsidir. – Ayzek Əzimov

Nə qədər insan gördüm ki,əynində libası yox, Nə qədər libas gördüm ki,içində insan yox…  – Mövlana

Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir. – Uilyam Şekspir

Həyatı elə yaşamaq lazımdır ki, ölüm onu məhv edə bilməsin.- Lev Tolstoy

Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar. – Nizami Gəncəvi

Sahib olduğumuz əxlaqi dəyərlər və qüsurlar bizim ayrılmaz bir parçamızdır, lap maddə və enerji kimi. Əgər bunlar bir-birindən ayrılarsa ortada insan olmaz. -Nikola Tesla

Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. – Mark Tven

Şeirlər toplusu



Onlar əvvəlcə səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra səninlə mübarizə aparırlar. Sonda isə sən qalib gəlirsən.- Mahatma Qandi

Küsmək və incimək üçün bəhanələr axtarınca sevmək və sevilmək üçün çarələr axtarın. Mövlana.

Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir. – Leonardo da Vinçi

Həyatda bir tək adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinə çatmış bir insansınız.  – Ralf Uold Emerson


Bil ki, yaşadıqlarınla deyil, yaşatdıqlarınla xatırlanarsan. Və unutma; nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan.- Tolstoy

Bənzər Sözlər:


Axtarış sözləri: dahilerden dahi sozler azerice, dahi sözlər,dahi sözler, dahiərin hikmətli sözləri, Dahilerden sozler menali, dahilerden kelamlar, dahilərdən sitatlar, məşhurlardan sitatlar, məşhurların mənalı sözləri

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir