“Düşündürən mənalı sözlər” başlıqlı məqaləmizdə məşhur və dahi şəxsiyyətlərin dərin mənalı kəlamları ilə tanış olacaqsız.
Hər kəsin ömründə bir dəfə ayaqüstə alqışlanmağa haqqı çatır, çünki hamımız dünyaya qalib gəlmişik.
-Möcüzə, R. J. Palacio
İllər öncə əla bir lüğət aldım və ilk etdiyim iş, onun “mümkün deyil” ifadəsi yazılmış səhifəsini cırıb tullamaq oldu.-Napoleon Hill
Heç bir şey insanın təxəyyülü qədər azad deyil. -Devid Yum
Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər. -Nəcib Fazil Qısakürək
Heç bir zaman həyatdan dümmağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar.- Robin Şarma
Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür.. -Bob Marli
Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir.- Georq Vilhelm Fridrix Hegel
Ağılsızlar oğruların ən zərərliləridir. zamanınızı və sevincinizi oğurlayarlar. – Bencamin Franklin
Namuslu bir adam, Tanrının ən soylu əsəridir. – Aleksandr Pop
İnsana sığa bilənə kainat, kainata sığa bilməyənə İnsan deyərəm. – Məhəmməd İqbal
Qadın üzərinə yazı yazmaq istəsən, ilk öncə qələmi göyqurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsan.- Deni Didro
Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür.- Avraam Linkolni
İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər. Jan Jak Russo
Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır. -Çin atalar sözləri
Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir. -A.R.Dyerdi
Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. – Qaston Levis
Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. -İmmanuel Kant
Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.. -Tur Xander
Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata. -Jorj Sand
Qocalıq fırtınalı həyatın limanıdır. – K.Preston
İnsan, təbəssüm ilə göz yaşı arasında gedib gələn bir rəqqasdır.-Byron
Düşündürən mənalı sözlər, Düşündürücü aforizmlər
Yolunu tapdığın zaman, qorxmamalısan. Səhv edəcək qədər, cəsarətin olmalıdır. Xəyal qırıqlığı, məğlubiyyət və ümidsizlik Tanrının bizə yol göstərən vasitələridir. – Paulo Koelyo
İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. – Corc Bernard Şou
Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. -Bencamin Franklin
Kiçikkən anam, yerdə çörək görəndə: “yüksəyə qoy, quşlar yeyər” deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlar mı yedi? -Can Yücəl
Qabiliyyətsiz olmaq bir qüsur deyildir. Amma xaraktersiz olmaq böyük bir qüsurdur! – Anonim
Yalan – mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır. – Maksim Qorki
Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. – Plato
Vərdiş, elə bir şeydir ki, onu pəncərədən ata bilməzsən. Gərək nəzakətlə, pilləkan pilləkan endirəsən.- Mark Tven
Qadınlara hərdən itaət etmək lazımdır ki, onlar üzərində hökmranlıq edəsən. -Viktor Hüqo
Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. – Onore de Balzak
Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. – Mark Tven
Tanrı sənə nəsə bir hədiyyə göndərəndə onu bir problemə bükür. Və problem nə qədər böyükdürsə içindəki hədiyyə də o qədər böyükdür.. – Will Smith.
İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. -Napoleon Bonapart
Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır. -Alber Kamyu
Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. -Paulo Coelho
Yalnız su axını kəsiləndə kimin çılpaq üzdüyü məlum olur. -Uorren Baffett
Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. -Albert Eynşteyn
Gələcəyin bir neçə adı var.
Zəif insan üçün gələcəyin adı – mümkünsüzlük,
qorxaq insan üçün – naməlumluq,
düşüncəli insan üçün – idealdır. -Viktor Hüqo
Pulunu itirən bir şeyini itimişdir,qürurunu itirən çox şeyini itirmişdir, amma cəsarətini itirən hər şeyini itirmişdir. -İohann Volfqanq Göte
Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur. -Paulo Coelho
Məqsədiniz ziyan verməkdirsə, gücə ehtiyacınız vardır. Digər hər şey üçün sevgi yetər..-Çarli Çaplin
Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi? -Şəms Təbrizi
“Yaxşı ki”lərin “kaş ki”lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.
–Adam Faver
Bənzər Sözlər:
Axtarış sözləri: düşündürən mənalı sözlər, düşündürən aforizmlər,düşündürücü sözlər, hikmətli sözlər, hikmetli kelamlar, menali soz ve aforizmler