Azerice sözler

Dil haqqinda atalar sozleri

Dil haqqinda atalar sozleri,Ana dili atalar sozu

Qədim ata və babalarımız söz və dil haqqında söyləmiş olduğu mənalı atalar sözlərini sizlər üçün toplayaraq “Dil haqqinda atalar sozleri” postunu ərsəyə gətirdik.

Dilim var, elim var.

Atalar sözü

Anlayana bir söz bir kitabdır.

Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.

Sözü ağzında bişir, sonra çıxart.

Alimin biliyindən, yalançının dilindən yapışarlar.

Dilin bəlası uzunluğundandı.

Şirin dilin olsun, qoruyan sözün olsun.

Söz sözün dayağıdır.

Dilin bilən, elin bilər.

Gül qönçədə qalmaz, söz – qəlbdə.

Yaxşının sözü dilində, yamanın kini ürəkdə.

Dil var dişI saxlar, diş var dili saxlar.

Dil var bal gətirər, dil var – bəla.

Deyilən söz, atılan oxa bənzər.

Dil haqqinda atalar sozleri

Kamil insan kəlamından bəlli olar.

Atalar sözü

Dilini gör, elini gör.

Dil adamı bəyan eylər.

Balın yoxdur, bal kimi dilin olsun.

Dilsiz elin sözü yox.

El gözünü dil açar.

Dil yalançı olunca, lal olsa yaxşıdır.

Dil yarası qılınc yarasından yamandır.

Tavsiye Konular

Dilini uzun eləyən, başını bəlaya salar.

Dilini saxlayan, başını saxlar.

Süfrədə əlini saxla, məclisdə – dilini.

Şirin dil ilanı yuvadan çıxardar.

Yaman dil başa bəladır.

Savaşmağa üz tap, barışmağa dil tap.

Baş, dil ilə asılar.

Nə dil bilsin, nə dodaq.

Yer var danışarlar, yer var sözü udarlar.

Ölmüş atın nalı sökülər, dilsiz elin – başı.

Dilsiz millət, çəkər zillət.



Min bilsən də bir bilənə danış.

Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü.

Söz bir olsa, dağ oynayar yerindən.

Bildiyindən danış, bilmədiyin səni güdaza verər.

Sözü olana dil ver, söz eşidənə qulaq ver.

Qulağı açan dil olur, dilsiz qulağ kar olur.

Dilsiz elin daşı çox, ürək kövrək dağı çox,
Öz dilini bilməsə, doğma elin yadı çox.

Zaman keçər, söz qalar.

Dilin bəlasıdır uzunçu olmaq, ariflər Işidir, sükuta dalmaq.


Söz var kəsər savaşı, Söz var kəsdirər başı.

Atalar sözü

Bənzər Atalar Sözləri:


Axtarış sözləri: ana dil haqqinda atalar sozleri,dil haqqinda atalar sozleri,dil haqqında atalar sözləri və məsəllər,dilə aid atalar sözləri,dile aid atalar sözleri ve meseller

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir