Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər.
– Aristotel
Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!-Maksim Qorki
Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var…-Fyodor Dostoyevski
Həyat tənhalıq dənizində bir adadır. Qayaları ümid, ağacları arzu, çiçəkləri tənhalıq, çayları susuzluq olan ada. – Cübran Xəlil
Şərəf və ləyaqət ruhun bəzəyidir. Bunlar olmasa, bədən heç vaxt gözəl görünməz. -Miqel de Servantes
Elə dəqiqələr olur ki, illərlə dərk etdiyindən daha çox şeyi dərk edirsən. -Fyodor Dostoyevski
Həyat və yuxugörmə- eyni bir kitabın səhifələridir. -Artur Şopenhauer
Başqasının sirrini vermək satqınlıq, özünün sirrini vermək isə axmaqlıqdır. -Volter
Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə. Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən. – Mövlana
Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar.-Qabriel Qarsiya Markes
Xəyal gücü necə də gözəl bir ilahi hədiyyədir. -Yohann Volfqanq Höte
Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər. -Lev Tolstoy
Qəlb dənizə bənzəyər: fırtanaları, sakit zamanları və daşqınları vardır. Bəzən də
dərinliklərində incilər gizlədir.- Henrix Henye
Əgər insan bir yerə baxırsa orda marağını çəkən bir şey var. Əgər insan bir yerə heç baxmırsa deməli orada marağını çəkən şey mütləq var. -Ziqmund Freyd
Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir. – Viktor Hüqo
Dahilərdən mənalı sözlər və kəlamlar
Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…
-Fyodor Dostoyevski
Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır.-Alber Kamyu
Həyata dəyər verməyən ona layiq deyil. – Leonardo da Vinçi
Hər kəsin dəyəri nəyə can atmasındadır. -Mark Avreli
Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan. -Uilyam Şekspir
İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır. – Karl Marks
İnsan özünü öydükcə, lovğalandıqca onun istedad və bacarığı da azalır. -Lev Tolstoy
Elə insanlar olur ki, həmişə yalnız ağıllı və yaxşı sözlər danışır, amma hiss edirsən ki, onlar kütbeyin insanlardır. – Anton Çexov
Başınıza gələnlər deyil, ona necə reaksiya verdiyiniz önəmlidir. -Epiktet
Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir. -Platon
Fürsət əldən verildikdə maneələr yaranır. -Çanakya
Evlənməkdən qorxmayın. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsınız, pis arvada rast gəlsəniz, filosof olarsınız. – Sokrat
Heç vaxt həqiqi ehtirasla sevməmiş insan həyatının yarısını, həm də gözəl yarısını yaşamamışdır. -Stendal
Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi. -Paulo Koelyo
Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq.
-Nizami Gəncəvi
İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi kimi, millətin əzəməti də onun sayı ilə ölçülmür. V. Hüqo
Elmdə cəsarətli fikirlər öndə gedən döyüşçülər kimidir – onlar həlak olsalar da qələbəni təmin edirlər.-Yohann Volfqanq Höte
Təhsildə son deyə bir şey yoxdur. Bir kitabı oxuyub bitirməklə və yaxud imtahandan keçməklə bitmir təhsil. İnsan bütün həyatı boyu — doğulandan ölənə qədər, öyrənir.-Jiddu Krishnamurti
Həyata yenidən başlasa idim saniyələrin də nəbzini tutardım. – F. Dostoyevski
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.
-Cəlil Məmmədquluzadə
Bənzər Sözlər:
Axtarış sözləri: dahilərdən sitatlar,dahilərin sözləri,dahilərin fəlsəfi fikirləri,dahilerden kelamlar aforizmler,dahilerden hikmetli sozler ,dahi sözlər
Əla❤️