Azerice sözler

Bayatılar – Asan, mənalı və gözəl

şifahi xalq ədəbiyyatı bayatılar,asan bayatılar,qəmli bayatılar, maraqlı bayatılar, bayatılar ezizinem,qısa bayatılar bayatilar usaqlar ucun,Azərbaycan bayatıları, bayatı sözləri, bayatılarımız

Mən aşiq, Qızılgülə,
İstərəm üzün gülə,
Elə, şirin danış ki,
Dodaqda sözün gülə.

BAYATI

Zəhmətsiz bir iş olmaz,
Dumansız yağış olmaz.
Göydə bir bulud olsa,
Ondan qarlı qış olmaz.

Tüstülənər bacalar,
Ocaq üstə sac olar.
Zəhmət sevən gün görər,
Tənbəl hər vaxt ac olar.

Tut ağacın darama,
Əldən çıxar barama.
Halal zəhmətlə gələr,
Haram gedər harama.

Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar,
Mərd igidin balası,
Özü kimi mərd olar.



Mərd anadan mərd oğul,
Yada ağa, mərdə qul,
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.

Tut ağacğ boyunca,
Tut yemədim doyunca.
Yarı xəlvətdə gördüm,
Danışmadım doyunca.

Ay gülərüz nazənin,
Bu könül çoxdan sənin,
Heç, utanıb, çəkinmə
Qəti olsun sözlərin.

Mən gedəndə bahardı,
İldırımlar çaxardı.
Yara namə yazanda,
Göz yaşlarım axardı.


Mən aşiq bu cəmala,
Bu hüsnə, bu cəmala,
Tanrım eyləsin aynan,
Həsrət qalmam cəmala…

Əziziyəm, yüz il gəz,
Yüz il dolan, yüz il gəz.
Vəfalı yar yolunda,
Heç gəzməsən, yüz il gəz.

Əzizinəm o günə,
O gecəyə, o günə,
Tanrıya qurban dedim,
Tez yetirə o günə…

Suyu içənə qurban,
Sözü seçənə qurban.
Dünayada dostum çoxdu,
Candan keçənə qurban.

Bağçanın üstü olmaz,
Ocaqsız tüstü olmaz.
Dostdan düşmən tapılar,
Düşmənin dostu olmaz.

Bayatılar – Asan, mənalı və gözəl

Açdım, açdım gül oldum,
Boy atdım, sünbül oldum.
Bir dil bilməz quşuydum,
Oxudum, bülbül oldum.

Bayatı

Bənzər sözlər:

Əzizinəm Balçiçək,
Həm gözəlsən, həm göyçək
Deyirəm, nə olardı
Röyam olardı gerçək?!

Bu gələn özün bilməz,
Danışa sözün bilməz.
Hər gəlib su dolduran,
Çeşmənin gözün bilməz.

Əzizim beləsinə,
Dolan gəl beləsinə,
Canı qurban edəsən
Yenə az, beləsinə.

Əzizim bal çiçəkdi,
Qönçədi, tər çiçəkdi,
Düzü heç inanmazdım
Bunca çəkdirəcəkdi.

Yaylığı ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Dolanıb bizə gəlsən,
Səni qonaq saxlaram.

Şimşək çaxır gözlərdən,
Qan-yaş axır gözlərdən.
Nə olmuş ya İlahi?
Alov qalxır sözlərdən.

Tavsiye Konular

Yolların başı ilə,
Üstünün daşı ilə.
Sənə bir kağız yazdım,
Gözümün yaşı ilə.

Ulduzlar batmaz, ağlar,
Yarı oyatmaz ağlar.
İki könül ayrılsa,
Gecələr yatmaz, ağlar.

Bu yol yola tən deyil,
Yar burdan ötən deyil.
Qürbətdə xoş gün görsəm,
Yenə də vətən deyil.

Çıxaram dağlara mən,
Baxaram yollara mən.
Bir günə qatlanmazdım,
Qatlandım illərə mən.

Mən aşiq gülə bəndəm,

Obama, elə bəndəm,

Dünya düşüb, gözümdən

Bir, şirin dilə bəndəm…

Bu dağlar daşım oldu,
Sirim-sirdaşım oldu.
Mənə təsəlli verən,
Yenə göz yaşım oldu.

Bu dağdan aşmaq olmaz,
Narıncı başmaq olmaz.
Bir quru sözdən ötrü,
Yarla savaşmaq olmaz.

Gecə uzun, ay batmaz,
Dərdlilər gecə yatmaz.
Sənin kimi gözəli,
Tanrı bir də yaratmaz.

Üzüyündə qaşam mən,
İgidlikdə başam mən.
Yaxşı gündə gəz, dolan,
Pis gündə yoldaşam mən.

Əzizim, kasad olmaz
Mərd əli kasad olmaz
Yüz namərdin çörəyin,
Doğrasan, kasa dolmaz.

Nə yatıbsan daş üstə,
Qələm oynar qaş üstə.
Sən haçan ilqar verdin,
Mən demədim baş üstə.

O palıdın tirinə,
Heç çatmadım sirrinə.
Qalanla işim yoxdur,
Qurbam olum birinə.

Nə yatmısan, oyan gül,
Bu yan bağça, o yan gül.
Mən qəribə rəhm elə,
Bülbülündən doyan gül.

Suyumuz Kürdən gəlir,
Arazdan, Kürdən gəlir.
Elə şadlıq müjdəsi,
Gələndə birdən gəlir.

Araz daşanda bilər,
Kür qarışanda bilər.
Yar yarının qədrini,
Ayrı düşəndə bilər.

Dövran çox qarışıqdır,
Yad gəlib barışıqdır.
Ayıq, sayıq dolanmaq,
İgidə yaraşıqdır.

Saatın tərsə taxma,
Dönüb dalına baxma.
Özün gör, özün bəyən,
Ellər sözünə baxma.

Duman gəlir çən yayır,
Hər tərəfə tən yayır,
Sən say öz saydığını,
Gör bir fələk nə sayır.


Əzizim günü-günə,
Gəl, satma günü-günə.
Keçən günə gün çatmaz,
Calasan günü-günə.

BAYATI

Sayfa içeriği: şifahi xalq ədəbiyyatı bayatılar,asan bayatılar,qəmli bayatılar, maraqlı bayatılar, bayatılar ezizinem,qısa bayatılar bayatilar usaqlar ucun,Azərbaycan bayatıları, bayatı sözləri, bayatılarımız

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir