Ataya aid sozler menalı ve gozel
Həyatın həqiqi qəhrəmanlarına Ata deyilir.
Ataya ən çox hüzur verən şey övladlarının xoşbəxtliyinə şahid olmasıdır.
Ata 4 fəsildə kölgə verən nəhəng çinardır.
Oğlanların ilk qəhrəmanı, qızların ilk eşqi Atalarıdır.
Uşaq üçün səmada ən parlaq ulduz atanın gözlərindəki isti təbəssümdür.
Atalar öz xoşbəxtliyindən çox övladlarının xoşbəxtliyinə sevinirlər.
Sizin atanıza hörmət etdiyiniz kimi oğlunuz da sizə hörmət edir.
Uzaqda olsa da ürəyində hiss olunan ağrı ata məhəbbətidir.
Ata övladına “Səni sevirəm deməz” ancaq həmişə “Ürəyin nə istəyir alım sənin üçün” deyər.
Atam harada olursa olsun, keçmişə qayıdıram və yenidən uşaq oluram.
Yaxşı ata olmaq üçün ediləcək ən vacib şey uşaqların anasını qeyd-şərtsiz sevməkdir.
Uşaqlar ömürləri boyu atalarının çəkdiyi yolda inamla addımlayırlar.
Atanın öyrətdiyi təcrübə yüz müəllimin dərsinə dəyər.
Oğullar ataların ümidi və gücüdür.
Atalar övladlarını nə qədər çox sevsələr, dünya bir o qədər gözəlləşər.
Atanın oğluna qarşı davranışı onun öz atasından öyrəndiklərinin əksidir.
Atalar övladlarına eyni anda həyatın bütün üzünü görmək şansı verirlər.
Başım yalnız bir şeyə görə əyilir. Atamın əlini öpmək üçün.
Dözülməsi ən çətin şey atanın ağlamasına şahid olmaqdır.
Ən böyük bayram atamla olan bayramdır.
Bəzi uşaqlar atasının qədrini bilmir, bəzi uşaqlar qədrini bilən ata tapa bilmir.
Başını atasının çiyninə söykəmiş uşaq qarşılaşdığı bütün problemlərin öhdəsindən gələ bilir.
Atasını qucaqlayan uşağın bütün dərdlərini unudar.
Bəzən Atalar övladının nə istədiyini ondan yaxşı bilir.
Uşaqlıqda ata himayəsindən daha böyük və daha vacib ehtiyac yoxdur.
Ata olanda ata olmaq nədir daha yaxşı anlayır insan…
Ata pulunu xərcləməkdənsə, atanızın təcrübəsindən istifadə edin.
Həyatınızın ən gözəl yaşı ananızın və atanızın yanınızda olduğu yaşdır.
Ata səni heç vaxt tərk etməyəcək əsl dostdur.
Ata sevgini, anlayışı, şəfqəti və anlayışı yerə-göyə sığmaz.
Atan sağdırsa, hər gün şükür etmək üçün böyük bir səbəbin var.
Atanıza bənzədiyinizi anlayanda qocaldığınızı hiss edirsiniz.
Bir atanın uşaqlarına qoya biləcəyi ən yaxşı miras nə ev, nə də maşındır. Yaxşı məsləhət və həyat fəlsəfəsi atadan uşağa keçən ən qiymətli xəzinədir.
Ata həsrəti sözləri
Atam üçün çox darıxıram… Onun kölgəsi belə yetər.
Zamanı geri qaytara bilsəm, yanımda olmağını və əlimdən tutmağını istərdim, ata.
Atalar sağ ikən soyuq görünsələr də, öləndə onların hərarəti hiss olunur.
Həsrətin heç bitməz. Gözüm yoldadır ata, ümid edirəm ki, hər yeni gün gələsən.
Onsuz bir şey əskik olan insan atadır.
Sən dedin ki, nəyəsə ehtiyacın olsa, mənə de. Əslində ən çox sənə ehtiyacım var Ata.
Bəlkə gələrsən. O zaman səndən doymaq üçün əllərindən heç vaxt ayrılmayacağam, ata.
Atan olmayanda ata qoxusu burnunu sızladır.
Ata itkisi qədər ürək ağrıdan itki yoxdur. Nə olursa olsun, atan yanımda olduğu müddətcə daha güclü və güvəndəsən. Qədrini bil!
Səbəbini bilməsəm də, bu gün sənin üçün çox darıxdım ata.
Sənsiz həmişə bir şey əskik olur, atam.
Sən həmişə mənimləsən, ata. Sadəcə ürəyimə köçdüyün üçün səni daha görə bilmirəm.
Axşamın qaranlığı atasız evlərə tez çökür.
Atanız varsa, onun qədrini bilin. Bəzi uşaqlar öz qədrini bilmir, bəziləri isə qədrini bilən ata tapa bilmir.
Ata qədrini sağlığında bilin, yoxsa geriya sadəcə peşmançılıq və kədər qalar.
Ataya gözəl sözlər və mesajlar
Sən mənim ilk dostum, sirdaşım, həyatdakı ən böyük dayağımsan. Sən mənim əziz atamsan.
Varlığıyla ürəyimi isidən, mənə hər zaman güvən verən əziz atam, sən Allahın bizə bəxş etdiyi ən gözəl hədiyyəsən.
Əziz, incə ürəkli atam, sən mənim ən böyük gücüm, sarsılmaz dayağımsan.
Sən böyük çinar, əzəmətli dağ kimisən. Sənin varlığın, sənin hər nəfəsin bizlərə xoşbəxtlik, sevinc və səadət bəxş edir.
Sevincimi, kədərimi, bütün hisslərimi bölüşə biləcəyim ən yaxın dostum, əziz atam.
Ata, sən mənim yolumu işıqlandıran ən qiymətli və heç vaxt sönməyən işığımsan.
Həyatımın ən böyük şansı sənin kimi atamın olmasıdır. Hər gün səninlə daha çox fəxr edirəm, ata.
Böyük ürəkli mərhəmətli atam. Sən mənim ən böyük dayağımsan.
Çətin günlərdə dayağım, yaxşı gündə ən yaxın dostum. Mən səni çoox istəyirəm atam, nə yaxşı ki varsan 💗
Ruhumda hüzur və rahatlıq hiss etdiyim ən gözəl yer sənin yanındır.
Ata, mən yenidən dünyaya gəlsəydim, yenə sənin övladın kimi doğulmaq istərdim.
Ata, sən mənə xəyal qurmağın vacibliyini və sevdiklərinə sarılmağın dəyərini göstərdin. Həmişə gözlərinin parıltısı ilə məni gözəl olmağa təşviq etdin. Varığın əvəzolunmazdır Atam❤ Hər gün şükr edirəm Allaha ki, sənin kimi bir Atanı ailəmizə bəxş edib.
Məndən qeyd-şərtsiz sevgi və fədakarlığın tərifini soruşsaydılar, adını deyərdim. Atam. Qürur duyuram ki, sənin kimi bir Ataya sahibəm.
Bilirəm ki, sənin sevgin sözlərə sığmaz. Sənin kimi mükəmməl bir Ataya sahib olmağın necə bir hiss olduğunu heç izah edə bilmərəm. Bircə onu bil ki, sənin övladın olduğum üçün özümü çox şanslı və bəxtəvər hesab edirəm. Nə yaxşı ki varsan.
Ata, səninlə keçirdiyim hər an qiymətlidir. Sən mənim üçün təkcə ata deyil, həm də ən yaxın dostsan.
Mənim ən böyük dostum, dayağımsan, əziz atam. Həyatıma gətirdiyin bütün gözəlliklərə görə sənə nə qədər təşəkkür etsəm azdır. Mən şadam ki, sən mənim atamsan.
Günün sonunda səninlə keçirdiyim vaxt bütün çətinliklərə dəyər verir. Sənə atam kimi sahib olmaq həyatımın ən böyük şansıdır. Sənə sahib olduğuma şadam, ata..
Sənin qızın olmaq mənim həyatımda ən böyük şansdır. Mən səninlə fəxr edirəm, ata.
Sənin mənəvi dəstəyinlə hər çətinliyin öhdəsindən gələcəyimə inanıram. Ata, sən mənim ilham pərimsən❤
Ata, sən mənim ilk məhəbbətim, ilk qəhrəmanım və əbədi sevgimsən. Men seni cox sevirem..
Ata, sən həmişə mənə “sən bunu bacararsan” deyirdin və bu iki söz məni həyatımın hər addımında irəliyə apardı. Sənsiz bu nailiyyətləri qazana bilmədiz. Əziz Atam, sən böyük uğurlarımın memarı və mənim ən böyük ilham mənbəyimsən.
Həyatımda sənin kimi bir ulduzun olması mənim üçün böyük şansdır. Mən sənin işığınla parlayıram, ata.
Dağ qədər əzəmətli və bir uşaq qədər mərhəmətli Atam! Fədakarlığının, zəhmət və əziyyətinin qarşsısında baş əyirəm. Sən mənim gözümdə dünyanın ən gözəl Atasısan❤
Sənin qızın olduğum üçün özümü dünyanın ən şanslı insanı kimi hiss edirəm. Minbir əziyyətlə məni böyütdün, boya-başa çatdırsın. Hər zaman yanımda oldun, arxa-dayaq durdun. Bütün bunlar üçün sənə sonusuz minnətdaram Ata! Sən Allahın mənə bəxş etdiyin ən gözəl lütfüsən!
Sənin öyüd və nəsihətlərin bu gün də mənim həyat yoluma işıq tutur. Əziz Atam, sən gecəmə ay, gündüzümə günəş oldun. Şükürlər olsun ki, sənin kimi özəl bir Ataya sahibəm💗
Bənzər Sözlər:
Axtarış sözləri: ataya aid statuslar,ataya aid menali sozler, ataya aid sozler instagram, rehmete geden ataya aid sozler, ata haqqinda sozler ve statuslar