Məktəb parlaq gələcəyə açılan bir qapıdır. Yeni dərs iliniz də uğurlu və parlaq olsun!
Salam Balaca Ulduzlar! Bu gün məktəbə başlamağınızla fəxr edirik. Əminik ki, sizlər yeni dostlar qazanacaq və xoş xatirələr toplayacaqsınız.
Allah sizə zehin açıqlığı versin. Dərslərinizdə və gələcək təhsil həyatınızda sizlərə uğur arzulayıram.
Bismillah deyərək başlayacağıq İnşallah. Bütün təhsil işçilərini, şagirdləri, tələbələri və valideynləri təbrik edirəm.
Yeni tədris ilimiz xeyirli, uğurlu və sevincli olsun.
Bu gün həyatınızda yeni bir səhifə açılır və bununla da dünyanı kəşf etməyə başlacaqsınız. Maraq və macəra dolu bu yolda hər birinizə uğurlar olsun!
Yeni bir macəra başlayır! Bu gün məktəbə başlayacağınız həyəcanını ürəyimdə hiss edirəm. Yeni dərs ilində Uğurlarınız bol olsun!
Məktəbə xoş gəlmisiniz! Sizə yeni səhifə açmaq imkanı verən bu təhsil səyahətində sizlərə uğurlar arzulayıram.
Bilikdən daha zəngin xəzinə ola bilməz.Əziz şagirdlərim! Uğurlarla dolu bir dərs ili arzulayıram.
Gənc ikən bilik ağacını əkməsək, qocaldığımız zaman kölgəsinə sığınacaq bir yerimiz olmaz. Əzizlərim, yeni dərs iliniz mübarək!
Ümid edirəm yeni tədris ili vətənimizin gələcəyi olan uşaqlarımız üçün faydalı və düşərli olacaqdır. Bütün şagirdləri bilik günü münasibəti ilə ürəkdən təbrik edirəm!Uğurlarınız bol olsun!
Əziz balam, məktəb macəralarla dolu bir yerdir. Hər gün diqqətlə qulaq asın, çünki nə qədər çox öyrənsəniz, dünya bir o qədər böyük olacaq.
15 Sentyabr “Bilik günü” münasibəti ilə bütün birinci sinifə qədəm qoyan şagirdlərimizi, körpə balalarımızı ürəkdən təbrik edirəm. Allah onlara zehin açıqlığı versin.
15 Sentyabr Bilik Günü Təbrikləri
Təhsil xəzinədir,əmək onun açarı. – Seyid Əzim Şirvani
Kitab bilik xəzinəsidir.
Təhsil millətin gələcəyidir.- Heydər Əliyev
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.- Mişel de Monten
Atalar yaxşı deyib: “Bilik insanın bəzəyidir.”.
Bilik gücdür! – Fransis Bekon
Biləyin edə bilmədiyini bilik edər.
Biləyi güclü birini yıxar, biliyi güclü minini.
Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.
Bilik xoş gündə bəzəkdir – yaman gündə təskinlik.
Təhsilin kökləri acı, meyvələri şirindir.- Aristotel
İnsan təhsillə doğulmaz, amma təhsillə yaşayar.- Miqel de Servantes
Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür. – Con Dyui
Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.- Heydər Əliyev
Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır.
Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. – Əbül Fərəc
Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.- Əhvədi
Hər əqlə sığışan hünər, bilikdən
Bir məna çıxarır mənanı bilən.
Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah Təhsildir.
– Nelson Mandela
Bənzər mövzular:
Sayfa içeriği: bilik gunu tebrik mesajlari,ilk mekteb gunu tebriki,ilk dərs günü təbrikləri,bilik günü təbriki,yeni dərs ili təbrikləri,1-ci sinif təbrikləri,məktəb təbrikləri,bilik günü təbrikləri,yeni ders iline aid tebrikler,yeni ders iline aid tebrikler,1 ci sinif ucun tebrikler,15 sentyabr təbrikləri