Azerice sözler

Düşündürən mənalı sözlər

Düşündürən mənalı sözlər dusundurucu sozler kelamlar

“Düşündürən mənalı sözlər” başlıqlı məqaləmizdə məşhur və dahi şəxsiyyətlərin dərin mənalı kəlamları ilə tanış olacaqsız.

Hər kəsin ömründə bir dəfə ayaqüstə alqışlanmağa haqqı çatır, çünki hamımız dünyaya qalib gəlmişik.
-Möcüzə, R. J. Palacio

İllər öncə əla bir lüğət aldım və ilk etdiyim iş, onun “mümkün deyil” ifadəsi yazılmış səhifəsini cırıb tullamaq oldu.-Napoleon Hill

Heç bir şey insanın təxəyyülü qədər azad deyil. -Devid Yum

Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər. -Nəcib Fazil Qısakürək

Heç bir zaman həyatdan dümmağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar.- Robin Şarma

Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür.. -Bob Marli

Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir.- Georq Vilhelm Fridrix Hegel

Ağılsızlar oğruların ən zərərliləridir. zamanınızı və sevincinizi oğurlayarlar. – Bencamin Franklin 

Namuslu bir adam, Tanrının ən soylu əsəridir. – Aleksandr Pop

İnsana sığa bilənə kainat, kainata sığa bilməyənə İnsan deyərəm. – Məhəmməd İqbal

Qadın üzərinə yazı yazmaq istəsən, ilk öncə qələmi göyqurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsan.- Deni Didro

Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür.- Avraam Linkolni

İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər. Jan Jak Russo

Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır. -Çin atalar sözləri

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir. -A.R.Dyerdi

Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. – Qaston Levis

Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. -İmmanuel Kant

Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.. -Tur Xander

Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata. -Jorj Sand

 Qocalıq fırtınalı həyatın limanıdır. – K.Preston

İnsan, təbəssüm ilə göz yaşı arasında gedib gələn bir rəqqasdır.-Byron

Tavsiye Konular

Düşündürən mənalı sözlər, Düşündürücü aforizmlər

Yolunu tapdığın zaman, qorxmamalısan. Səhv edəcək qədər, cəsarətin olmalıdır. Xəyal qırıqlığı, məğlubiyyət və ümidsizlik Tanrının bizə yol göstərən vasitələridir. – Paulo Koelyo

Şeirlər toplusu

İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. – Corc Bernard Şou

Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. -Bencamin Franklin

Kiçikkən anam, yerdə çörək görəndə: “yüksəyə qoy, quşlar yeyər” deyərdi. Sevdiklərimizi həmişə yüksəklərdə tutduq, görəsən quşlar mı yedi? -Can Yücəl

Qabiliyyətsiz olmaq bir qüsur deyildir. Amma xaraktersiz olmaq böyük bir qüsurdur! – Anonim

Yalan – mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır. – Maksim Qorki

Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. – Plato

Vərdiş, elə bir şeydir ki, onu pəncərədən ata bilməzsən. Gərək nəzakətlə, pilləkan pilləkan endirəsən.- Mark Tven

Qadınlara hərdən itaət etmək lazımdır ki, onlar üzərində hökmranlıq edəsən. -Viktor Hüqo

Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. – Onore de Balzak

Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin. – Mark Tven

Tanrı sənə nəsə bir hədiyyə göndərəndə onu bir problemə bükür. Və problem nə qədər böyükdürsə içindəki hədiyyə də o qədər böyükdür.. – Will Smith.

İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. -Napoleon Bonapart

Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır. -Alber Kamyu

Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. -Paulo Coelho

Yalnız su axını kəsiləndə kimin çılpaq üzdüyü məlum olur. -Uorren Baffett

Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. -Albert Eynşteyn

Gələcəyin bir neçə adı var.
Zəif insan üçün gələcəyin adı – mümkünsüzlük,
qorxaq insan üçün – naməlumluq,
düşüncəli insan üçün – idealdır. -Viktor Hüqo

Pulunu itirən bir şeyini itimişdir,qürurunu itirən çox şeyini itirmişdir, amma cəsarətini itirən hər şeyini itirmişdir. -İohann Volfqanq Göte

Başqalarının həyatlarını öz həyatınızla müqayisə etməyin. Siz onların əzabları haqqında heç bir anlayışınız yoxdur. -Paulo Coelho



Məqsədiniz ziyan verməkdirsə, gücə ehtiyacınız vardır. Digər hər şey üçün sevgi yetər..-Çarli Çaplin

Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi? -Şəms Təbrizi


“Yaxşı ki”lərin “kaş ki”lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz.
Adam Faver

Bənzər Sözlər:


Axtarış sözləri: düşündürən mənalı sözlər, düşündürən aforizmlər,düşündürücü sözlər, hikmətli sözlər, hikmetli kelamlar, menali soz ve aforizmler

1/5 - (1 ses )

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir