Şirin Balalar Şeiri
Yazar: Səxavət Aranlı
Bəxtiniz gözəl olsun,
Gözəllikdə birsiniz
Nə şirinsiz balalar
Ürəklərdə birsiniz.
Sizi Rəbbim qorusun,
Gözəl şirin balalar,
Sizi görən şad olur,
Şirin əziz körpələr.
Sevindirir hər kəsi,
Evdəki uşaq səsi.
Sevindirir hər kəsi,
Şirin əziz körpələr.
Bir İyun gününüz mübarək olsun Şeiri
Yazar: Solmaz Şirin
Mehriban balalar, əziz uşaqlar,
Bir İyun gününüz mübarək olsun!
Sülhlə, məhəbbətlə yansın ocaqlar,
Qəlbiniz sevinclə, fərəhlə dolsun!
Sizi Müdafiə Günüdür bu gün,
Atalı-analı, Vətənli olun.
Bütün günləriniz olsun toy-düyün,
Böyük əməllərlə, işlərlə dolun.
Azad ölkəmizdə indi siz uşaq,
Sizdən yetişəcək yazıçı, alim.
Sabah olacaqsız arxa və dayaq,
Mühəndis, diplomat, müəllim, həkim.
Yetişin Vətənə layiqli övlad,
Qoruyun hər qarış torpağı, daşı.
Adınız Vətənə yaraşan bir ad.
Ucalsın sizinlə Vətənin başı.
Çox qiymətli incidi Şeiri
Yazar: Şirinxanım Kərimbəyli
Uşaqlar – bu dünyaya,
Çox qiymətli incidi.
Bənzərlər coşqun çaya,
Həyatın sevincidi.
Dillərindən bal axır,
Ürəkləri ovlayır.
Könlü yandırıb-yaxır,
Qəlbləri alovlayır.
Uşaqlar – göz işığı,
Ata, ananın canı.
Cahanın yaraşığı,
Gələcəyin ünvanı.
Hər körpənin öz nazı,
Baldan şirin dili var.
Gətirər evə yazı,
Hər qəlbdən dərdi qovar.
Uşaqlar dünyamızın,
Sabahına açardır.
Onlarla xülyamızın,
Dərd qapısı naçardır.
Siz, ey həyat günəşi –
Bapbalaca körpələr.
Gözünüzün atəşi,
Cahana od səpələr.
Balam Şeiri
Yazar: Anonim
Mənim ay gözəl qızım,
Çiçək qızım,gül qızım.
Göylərdə dan ulduzum,
Mələk qızım,gül qızım.
Şirin sözüm-söhbətim,
Allahdan var istəyim.
Canım-gözüm ürəyim,
Toyunda söz söyləyim.
O günü gözləyirəm,
Səmimi istəyirəm.
Xoşbəxt olduğun günü,
Ürəkdən istəyirəm.
Mymarket.az – Pulsuz Elan saytı
Xoşbəxt olsun,balalar,
Ağlamasın analar.
Balaların xoş günü,
Mənə ümid yaradar.
Ürəkdə arzum çoxdu,
Yazmağa yerim yoxdu.
Zəriş desə qurtarmaz,
Arzular sonsuz olmaz.
Mən məktəbə gedirəm Şeiri
Yazar: Rafiq Yusifoğlu
Mən məktəbə gedirəm,
Təptəzə dostlarım var.
Çantamda dəftər, kitab,
Ürəyimdə arzular.
Mən məktəbə gedirəm,
Güc gəlir qollarıma.
Mənim ilk müəllimim
Göz dikib yollarıma.
Mən məktəbə gedirəm,
Sevinir, ellər gülür.
Qanadım yoxdur uçam,
Əlimdə güllər gülür.
Mən məktəbə gedirəm,
Ah çəkir yoldan ötən.
Övladların boy atır,
Gözlərin aydın, Vətən!
Dünyaya uşaq gəlir Şeiri
Yazar: Ələmdar Quluzadə
Ətirli, gül-çiçəkdi,
Yazdı, bahardı uşaq.
Dodaqda bal kimidir,
Budaqda bardı uşaq.
Günəşin zərrələri,
Yazın yağışıdır o.
Gözümüzün işığı,
Ərzin naxışıdır o.
Uşaq tək əzizlənən
Silahlar uşaq deyil.
Dünya ilə oynama,
Dünya oyuncaq deyil.
Əsək uşağın üstdə,
Kəsək yolunu şərin.
Uşaq səsindən gözəl
Nəyi var ki, bəşərin.
Kini, küdurəti yox,
Vicdanı dümağ gəlir.
Dünya ayağa qalxsın,
Dünyaya uşaq gəlir!
Uşaq gəlmir bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir bu qoca
Dünyanı yaşatmağa.
Uşaqlar xoşbəxt olsa Şeiri
Yazar: Elxan Yurdoğlu
Gəl darayım saçını,
Ay qaragöz gəlincik.
Çağır gəlsin bacını
Oynayaq evcik-evcik.
Mən ananız olaram,
Layla deyərəm sizə,
Yemək də bişirərəm
Həm özümə, həm sizə.
Mənim yuxum gələndə
Siz də mənlə bir yatın.
Bu il bacın da, sən də
Böyüyüb mənə çatın.
İstəyirəm məktəbə
Siz də mənlə gedəsiz.
Bir sevinək hər dəfə
Məni xoşbəxt edəsiz.
Xoşbəxt olsa uşaqlar
Dünyamız çiçək açar,
Həyatımız gül olar,
Hər yana ətir saçar.
Bənzər şeirlər:
1 İyun Uşaqlar Gününə aid şeirlər
Axtarış üçün sözlər usaqlara seirler,uşaqlara həsr olunmuş şeirlər,1 iyun usaqlar gunu haqqinda seirler,bir iyun usaqlar gunu seir 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü seir,1 iyun usaqlar gunune aid seirler,uşaq şeirləri,1 iyun uşaqlara aid şeirlər: 1 iyuna aid şeirlər,
