Azerice sözler

Seçmə kitablardan uğur haqqında aforizmlər və sözlər

Məqsədə çatmağın üç mərhələsi vardır: Nə istədiyini bilmək, istədiyini əldə etməyə çalışmaq və əldə edəcəyinə inanmaq uğurun formuludur.
Gəncsən? Başla!, Nadir Adilov

“Kimsə uğur qazanmaq istəyirsə, gərək bütün mümkün çətinlikləri sevsin”.
Fəlsəfənin Təsəllisi, Alain de Botton

Adi adamın potensialı qapalı okean, tədqiq edilməmiş qitə kimidir. Böyük nailiyyətlər qazanmaq üçün azad edilməsini gözləyən imkanlar dünyasıdır.
Məqsədlər, Brian Tracy

“Binlerce kilometrelik bir yolculuk atılacak tek bir adımla başlar” (Lao Tzu)
Yol Senin İçinde, Kinsun

Gənclərimizin bir qrupunun müvəffəq olmamasının səbəbləri var. Onlardan biri budur ki, gənclərin bəzilərində işləmək və fəaliyyət ruhu öldürülmüşdür.
Necə Uğur Qazanmalı, Jafar Subhani

Yaxşı təhsil və əla qiymətlər artıq uğuru təmin etmir.
Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki

Əgər daxilində uğur qazanmırsansa, üzdə qazandığın uğurun heç bir dəyəri yoxdur.
Ferrarisini Satan Rahib, Robin Sharma

Qorxusuna qalib gələn insan məğlubedilməz olur.
Relslər Üzərinə Uzanmış Adam, Rövşən Abdullaoğlu

Çox vaxt insanlar özlərinə qalib gəlməmiş başqaları üzərində söz sahibi olmaq istəyirlər; özünü ətrafa sübut etmək, hörmət, izzət və nüfuz qazanmaq üçün fikir və düşüncələri müəyyən formaya salır, daxildəki “mən”i yox, xarici-ictimaiyyətə hesablanan “mən”i inkişaf etdirir, ona bəzək-düzək verirlər. Elə problemlər də buradan başlayır.
Özünə Yox De!, Nigar Mahi

Heç kim öz tərində boğulmadı »deyən köşə yazarı Ann Landers tənbəlliklə uğurun qarşılığını qısaca belə anladır: «Tanrı bizə iki dəyirmi orqan verdi, biri oturmaq, digəri düşünmək üçün. Uğurunuz hansını daha çox istifadə etməyinizlə bağlıdır!
Hər Şey Səninlə Başlar, Mümin Sekman

Unutmayın ki, sizin taleyinizdə iştirak edən bir qadın olmazsa,siz cəmiyyətdə heç nəyə müvəffəq ola bilməyəcəksiniz.
Qorio Ata, Honore de Balzac

Uğurun sirrini bilmirəm, amma uğursuzluğun yolu hamını məmnun etməkdən keçir.
Məqsədlisən?, Nadir Adilov

Həyatda müvəffəq olanlar istədikləri, bacardıqları kimi yaşarlar, o birilər-bədbəxtlər isə qaranlıq bir guşəyə çəkilib məhrumiyyətlərini gizlətməyə çalışırlar.
Dodaqdan Qəlbə, Reşat Nuri Güntekin

Təhsildə gündəlik, davamlı çalışmalar etmədən heç nə qazanmaq mümkün deyil.
Qürur və Qərəz, Jane Austen

İnam təhlükəli bir şeydir. Qazanmaq illərini alır, itirmək saniyəni.
Aciz Qalan Ulduzlar, Məsudə Cabbar


Seçmə kitablardan uğur haqqında aforizmlər və sözlər

Müvəffəqiyyət qazanmaq istəyirsənsə, fürsəti əldən vermə !
Cenni Herhardt, Theodore Dreiser

Orta səviyyədən çıxıb, arzuladığınız həyata nail olmaq üçün öhdənizə düşən sadəcə gündəlik iki saat öz üzərinizdə çalışmaqdır.
Bəhanələrə Yox!, Brian Tracy

Başarı ve içsel gelişim el ele yürür; Sezar ve Tanrı uzlaşır, ruhsal olarak ne kadar gelişirsen iş hayatında da o kadar başarılı olursun.
Olma Sanatı, Erich Fromm

Həyatdakı məqsədlərinizə nail olmaq,gecə üzməsini bitirmək üçün kifayət qədər cəsarət nümayiş etdirməlisiniz.Qəlbinizin dərinliyinə nüfuz edin və siz onu mütləq tapacaqsınız.
Yatağını Topla, Amiral William H. McRaven

“Yenidən başlamaq üçün keçmişə qayıtmaq…” Bu imkana kim sahib olmaq istəməz axı? Səhvlərini düzəltmək, uğursuz olduğun işlərdə bu dəfə müvəffəq olmağa çalışmaq…Yenidən Başlamaq Mümkün Olsaydı, Marc Levy

Sözün həqiqi mənasında böyük uğur qazanan adamlar əksəriyyətin axmaqlıq kimi qəbul edəcəyi hərəkətlərə yol verir. Əslində, elə buna görə fərqlidirlər.
Kim Deyir Ki, Bacarmazsan? Bacararsan!, Daniel Chidiac

Bir şeyi bilmək lazımdır ki,uğursuzluq nisbidir.Necə ki,uğur nisbidir.Müvəffəq insan uğurdan fayda götürdüyü kimi uğursuzluqlardan da faydalana bilməlidir.Uğursuzluq hadisələrin istədiyimiz kimi baş verməməsindən başqa bir şey deyildir.
Arxadakı Körpüləri Yandırın, Rövşen Abdullaoğlu

Tavsiye Konular

Uğurlu insanların uğurlarının səbəbi onların məndən yaxşı olması deyil. Onlar ,sadəcə, müəyyən işləri fərqli edirlər və onların öyrəndiklərini mən də öyrənə bilərəm.
O qurbağanı ye, Brian Tracy

Demək olar ki, əksər müvəffəq olmayan, məğlub insanların acınacaqlı vəziyyətlərinin səbəbi cismi və ictimai zəiflikləri deyil, ruhi zəiflikləri, həyatda onları inkişafa doğru aparan heç bir hədəf və planlarının olmamasıdır.
Çətin Olsa da, Həyat Davam Edir, Rövşen Abdullaoğlu

Biz hər hansı bir mövqe qazanmaq üçün nə qədər çalışırıq, – deyə o fikirləşirdi,– lakin bir neçə il keçdikdən sonra bunlar mənim üçün nə qədər də əhəmiyyətsiz olacaqdır.
Cenni Herhardt, Theodore Dreiser

Böyük bir işə müvəffəq olduğunuz zaman qarşılaşacağınız maraqlı bir şeydən bəhs etməliyəm: Uğur qazandıqda keçmişiniz yenidən yazılacaq! Təbii ki, qüsur və xətalarınızdan yaxşıca təmizlənmiş bir şəkildə!
Ronald Reyqan demişdir: «Prezident olmağın ən böyük üstünlüyü məktəbdə aldığımız qiymətlərin ani olaraq dövlət sirrinə çevrilməsidir!»
Hər Şey Səninlə Başlar, Mümin Sekman

Bütün uğurlu insanlar məqsədə istiqamətlənmiş olurlar. Onlar nə istədiklərini bilir və bütün diqqətini bunun üzərində cəmləşdirib hər gün bu istiqamətdə işləyirlər.
Məqsəd qoymaq bacarığınız uğurun əsas hissəsidir. Məqsədlər pozitiv düşüncənizi azad edir və ona nail olmaq üçün ideyalar və enerji verir. Məqsədsiz insan, sadəcə, hayatın axını ilə gedir. Məqsəd olduqda isa siz yaydan çıxmış ox kimi sürətlə məqsədinizə doğru irəliləyirsiniz.
Məqsədlər, Brian Tracy


Mark Caline’nin dediği gibi:”Sen görevini yap,ışık ol,yol göster deniz feneri gibi.Fırtınaya aldırma.Çünkü vicdanın dayanamacağı saat yoktur.Gerçeğin tohumu yeter ki kalbe bir kez düşsün.Başarı olanlar nereye gittiklerini bilenlerdir.”

Ben Onları Çok Sevdim, Hacı Ormanoğlu

Bənzər Sözlər:


Axtarış sözləri: kitab

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir