Böyük qələm ustalarından bir-birindən mənalı şeirləri sizlər üçün ərsəyə gətirdik.
Kainat kimi şeiri
Üzünü sevirəm!
Üzün həyatın özüdü.
Enişli, yoxuşlu,
Dağlı, dərəli,
Yaraşıqlı, mənzərəli!
Gözünü sevirəm!
Gözün həyatın özüdü.
Dənizli, dalğalı,
Tufanlı, ləpəli.
Cənnəti bu dünyada tapmışam,
O gözlərdən öpəli!
Özünü sevirəm,
Sən həyatın özüsən.
Həmişə canlı,
Həmişə hərəkətdə,
İşdə, sevgidə, bərəkətdə.
Üzünə də, gözünə də,
Özünə də qurbanam
Həyat kimi.
Səninlə işıqlıyam
Günəş kimi,
Kainat kimi!
Müəllif: Zəlimxan Yaqub
Mənalı şeir
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət..
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.
Səcdə qılım ocağına, pirinə,
Qoy vurulum çiçəklərin tərinə,
Yenə çıxım, o dağların sehrinə,
Hər daşından, hər dağından, öpüm, mən.
Havan, suyun neçə dərdin dərmanı,
Qoxulayım kəkotunu, reyhanı,
Məlhəm eylə, sağalt xəstə bu canı,
Hər otundan, yarpağından, öpüm mən.
Bu dağların yoxdu vallah, əvəzi,
Tanıyıram hər cığırı, hər izi,
Xoşbəxt eylə, yenə şair Əzizi,
Qoy üzündən, yanağından, öpüm mən.
Müəllif: Əziz Musa
Dost şeiri
Amansızdır ömür bəzən
Bu deyil mi canı üzən?
Guya hər bir dərdə dözən
Dostu apar darda sına
Bu yerlərin yazı hanı?
Düşməni yox, dostu tanı
Ocağında qızınanı
Ayaqyalın qarda sına.
Sinəsinə döyən dostu,
Səni, sənə öyən dostu
Süfrəndə bal yeyən dostu
Bir gün quru şorda sına.
Müəllif: Samir Əşrəfoğlu
Ayrılmayaq şeiri
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan:
mənəm, xəyalındır, bir də kədərdir.
Gəl, ört pəncərəni, qalaq üz-üzə,
bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran – dənizə
ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətlə biz
döysün qapıları külək doyunca.
Döysün, qoy açmayaq. Yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq!
Bir an vüsalınla çırpınsın ürək.
Sonra… sonra yenə biz ayrılmayaq!
Müəllif: Rəsul Rza
Qayıqçı şeiri
Qayıqçı, məni də apar dənizə
Oturaq səninlə bir az üz-üzə…
Bir günəş, bir səma, bir dəniz olsun.
Sularda uzanan kölgəmiz olsun.
Sularda uzanan kölgəmiz olsun
Uçsun qağayılar dörd dövrəmizdə,
Əyləndirsin bizi mavi dənizdə.
Səninlə bir olsam qorxmaram, inan,
Qoparsa dənizdə fırtına, tufan
Qayıqçı, məni də apar dənizə,
Oturaq səninlə bi az üz-üzə.
Bir dəniz, bir səma, bir günəş olsun,
Bir də qağayılar bizə əş olsun.
Qayıqçı, məni də apar dənizə,
Bir olsaq tufan da xoş olar bizə.
Müəllif: Nigar Rəfibəyli
Gəl bir az ayrılaq şeiri
Gəl bir az ayrılaq… bircə günlüyə,
bircə saatlığa, bircə anlığa.
Bircə küçəliyə, bircə tinliyə,
lap bir döngəliyə, bir dalanlığa.
Hərəmiz bir yana üz tutub gedək,
Bir başqa küçədə görüşək yenə.
Ayların, illərin həsrətlisitək
Yenə qucaqlaşaq,
öpüşək yenə.
Ayrılıq –
sevginin astar üzüdü;
Ən bərk sevənlərin payına düşər
ən uzun ayrılıqlar.Kim bilir, hardasa, bəlkə, bizi də
gözləyən upuzun bir ayrılıq var.
Bölək küçə-küçə o ayrılığı,
baxmayaq gündüzə, gecəyə belə.
Payımıza düşən o ayrılığı
hər gün xırdalayıb xərcləyək belə.
Axırda görək ki, yoxdu dərdimiz;
Kədər yoxsuluyuq, qəm yoxsuluyuq.
Ayrılıq sarıdan bu dünyada biz
Bütün sevənlərin ən yoxsuluyuq.
Yağsın başımıza bu bəxtəvərlik,
Bir ömür yaşayaq –
iki nəfərlik.
Hər gün ağac kimi bitim yanında,
Hər gün deyim:
– Səni sevirəm… amma…
Hərdən yola çıxıb azmağım gəlir,
Sənin xəbərin yox bu təhlükədən.
Hərdən sənə məktub yazmağım gəlir;
Bir sevgi məktubu… qürbət ölkədən…
Müəllif: Ramiz Rövşən
Bilməz şeiri
Sevginin qədrini bu əsrdə hər kəs bilməz,
Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül,
Gecə-gündüz başı üstündə onun əs – bilməz.
Eşqə biganə olan eylə gözəllər var ki,
Sevirəm söylə, bütün aləmə sal səs – bilməz.
Deyirəm, sevgili cananıma canım qurban,
Can fəda eyləməyən eşqi müqəddəs bilməz.
Rüstəmin onda ki, canan görünür gözlərinə,
İmtahançın sən onun barmağını kəs – bilməz.
Müəllif: Süleyman Rüstəm
Mənə Sevdiklərim Qalar şeiri
Ömür yolu – sevgi yolu,
Mәnә sevdiklәrim qalar.
Sevgilәrlә qәlbim dolu,
Mәnә sevdiklәrim qalar.
Əlәnib keçәr әlәkdәn,
Tәmizlәnәr un kәpәkdәn.
Balı süzәllәr pәtәkdәn,
Mәnә sevdiklәrim qalar.
Kimdi ölü, kimdi diri,
Kimdi bu ocağın piri.
Seçәrәm çaqqalı, şiri,
Mәnә sevdiklәrim qalar.
Solar yanaq, çatılar qaş,
Düşünmәkdәn yorular baş.
Zaman keçәr yavaş-yavaş,
Mәnә sevdiklәrim qalar.
İz var itәr, daşda qalmaz,
Söz var gedәr, huşda qalmaz,
Yaddan çıxan başda qalmaz,
Mәnә sevdiklәrim qalar.
Dağım deyil, çәnim deyil,
Tarlam deyil, dәnim deyil,
Sevmәdiyim mәnim deyil,
Mәnә sevdiklәrim qalar.
Yaşıldı, aldı, bilmәrәm,
Tirmәdi, şaldı, bilmәrәm.
Kimә nә qaldı bilmәrәm,
Mәnә sevdiklәrim qalar.
Müəllif: Zəlimxan Yaqub
Səni sevən varsa şeiri
Sən yeri, sən göyü qəlbinlə dinlə,
Səni sevən varsa dünya sənindir.
Sevən yoxsa, barış öz taleyinlə,
Ağrılı, acılı röya sənindir.
Unutma sevgidən qaça bilməzsən,
Səni sevən varsa, həyat sənindir.
Sevən yoxsa, quş tək uça bilməzsən,
O sınmış, yaralı qanad sənindir.
Çöksə də yoluna qapqara bulud,
Səni sevən varsa, cahan sənindir.
Səni sevən yoxsa, dənizə üz tut,
Orda coşub daşan tufan sənindir.
Əgər sevən varsa, sev ürəyinlə,
Yazdığın hər dərdli misra sənindir,
Sevən yoxsa, barış öz taleyinlə,
Məcnun tək atəşli səhra sənindir.
Müəllif: Nəbi Xəzri
Mənalı şeirlər
Bənzər Mövzular:
A zalım şeiri
Dağ dayanmaz bu ağrıya, bu qəmə;
Qisasın var – al bu canım, bu qəmə.
Qəm dəryası axıtmısan sinəmə,
Bu qəsdindən yaman şadsan, a zalım!
Danışmırsan, yoxsa dildir baxışın?
Gah xəncərdir, gah da mildir baxışın.
Həm öldürür, həm dirildir baxışın.
Nə sehrigar bir cəlladsan, a zalım!
Müəllif: Məmməd Araz
Yalan dünya şeiri
Gah başıma tumar çəkən,
Gah ilantək çalan dünya.
Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.
Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan,
Gələnləri yola salan,
Özü baqi qalan dünya.
Bir yanda at, bir yanda ot,
Solu günəş, sağı bulud.
«Dovşana qaç, tazıya tut»-
Deyən köhnə filan dünya.
Min rəngi var, min donu var,
Neçə — neçə oyunu var,
Nə əvvəli, nə sonu var,
Yalan dünya, yalan dünya!
Müəllif: Bəxtiyar Vahabzadə
Nələr Gördüm bu dünyada şeiri
Bilən yoxdu sirri nədi
Nələr gördüm bu dünyada.
Xeyri nədi, şəri nədi,
Nələr gördüm bu dünyada.
Sudan quru çıxan gördüm,
Dərdə gülüb baxan gördüm,
Ev tikib, ev yıxan gördüm
Nələr gördüm bu dünyada.
Xeyirlə şər qoşa gəldi,
Bu cahanı fani bildi.
Mərd ağladı, namərd güldü,
Nələr gördüm bu dünyada.
Hər ocaqda acı tüstü,
Qışı soyuq, yazı isti,
Bilmirəm yaxşıdı, pisdi,
Nələr gördüm bu dünyada.
Dost bildiyim haqqı dandı,
Haqqı danan oda yandı,
Dünya əvvəldən yalandı,
Nələr gördüm bu dünyada.
Biri gedər, biri gələr,
Hər gələn dünyanı bölər,
Bu dünya çətin düzələr
Nələr gördüm bu dünyada.
Müəllif: Nüsrət Kəsəmənli
Yolüstü Mənzil şeiri
Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.
Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.
Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.
Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil…
Gələn, gedən nəfəsdi.
Müəllif: Fikrət Qoca
Nə mənası var şeiri
Mərhəmət duyğusu səndə yoxdursa
Tutduğun orucun nə mənası var ?
Süfrəndə yoxsula yerin yoxdursa
Bir ay ac qalmağın nə mənası var ?
*
Tərəzin çəkidə əyri çəkirsə
Dilin zəhər kimi qəlb incidirsə
Əlin rüşvət alıb-rüşvət verirsə
Qıldığın namazın nə mənası var ?
*
Yalandan and içib alver edənlər
Arvaddan xəbərsiz əyri gedənlər
Haqsızdan pul alıb haqlı edənlər
O həccə getməyin nə manası var ?
*
Haram pullarıyla villa tikənlər
Yetimin haqqını bölüb yeyənlər
Şər atıb birini bədbəxt edənlər
Öləndə yasinin nə mənası var ?
*
Namaz da-oruc da asandı qardaş
Vicdanlı olmaqsa çətindi qardaş
Əsil insan olmaq lazımdı qardaş
Əməlsiz Quranın nə mənası var ?
Müəllif: Fərid Fariz
Neylərəm o ömrü mən şeiri
Neylərəm o ömrü mən
Nə qışı, nə yazı var!
Duyğunun nə dərini,
Nə də ki, dayazı var!
Neylərəm o ömrü mən,
Nə bir şirin sükutu,
Nə də sel axışı var.
Nə çılğın bir sevinci,
Nə də göz yağışı var.
Neylərəm o ömrü mən,
Nə özü, nə özgəsi,
Nə səsi, nə nəfəsi,
Nə dərdi, nə qəmi var.
Nə əqidə yoldaşı,
Nə könül həmdəmi var!
Neylərəm o ömrü mən,
Nə Vətən məhəbbəti,
Nə xalqa sədaqəti,
Nə darda mətanəti,
Nə dərdə tabı olsun,
Nə ömür yollarında
Bir inqilabı olsun!
Dünyaya nə ilk sözü,
Nə son cavabı olsun.
Mən ömür istəmişəm
Məşələ dönüm, yanım
Mən ömür istəmişəm,
Qoy dolsun odla qanım!
Mən həyat yollarında
Bu odla silahlanım.
İnamım, etiqadım
Qoy inqilabım olsun!
Mən dünyaya gələndə
Səsli, nəfəsli gəldim,
İstəmirəm sükutum
Ən son cavabım olsun…
Müəllif: Mirvarid Dilbazi
Açar Sözlər: menali seir,menali şeirler,şeirler menalı,menali seirler,dərin mənalı şeirlər,həyata aid mənalı şeirlər,gözəl mənalı şeirlər,mənalı şeir,dünya haqqında şeir,status üçün şeirlər
[…] Mənalı şeirlər […]
[…] Mənalı şeirlər […]