Şeirlər

Ulu Öndər Heydər Əliyev Haqqında şeirlər

Heydər Əliyevə aid şeirlər,Heydər babaya aid şeirlər,Heydər babaya aid şeir,Heydər baba haqqında şeir,dədə Heydər şeiri,Heydər Əliyevin anım gününə aid şeirlər,Heydər Əliyev haqqında gözəl şeirlər,Heydər Əliyev haqqında şeir,

Ulu bir sərkərdə, ulu bir öndər şeiri

Müəllif: Qabil Ədalət

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.

Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.



Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə,ulu bir öndər

Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.

Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.

Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.


Ulu Öndər Şeiri

Ulu Öndər Şeiri



Müəllif: Rafiq Yusifoğlu

Heykəlinə baxıram,
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.

Səsini dinləyəndə
Güc gəlib qolumuza.
Zəkası günəş kimi
Nur səpib yolumuza.

Doğma Azərbaycanı
Gülüstana döndərib.
Hamımızın qəlbində
Heykəli var öndərin


Heydər Əliyevə həsr olunmuş şeir

Müəllif: Anonim

Mən sən boyda ucalıqda dağ zirvəsi tanımıram
Uca dağın ucasısan,zirvələrin zirvəsisən.
Sənin kimi tarixlərdə yaşayacaq yer əvəzi,göy əvəzi tanımıram.
Mənim uca tariximdə zirvələrin əvəzisən


Ulu Öndər Heydər Əliyev Haqqında şeirlər

Vətən oğlu Şeiri

Müəllif: Fikrət Qoca

Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.

Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.

Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi.

Tavsiye Konular

Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum – yurdumuzun mayakı,
Şer də bir təsəllidir, yazırıq.

Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən…
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.


Ey Ulu Öndər şeiri

Müəllif: Həsən Şirinov

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
– Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!

Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!

Xalqını çıxartdın ağ günə, demək,
Bəhərin dadmağa qoymadı fələk,
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!

Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!


Heydər Əliyev Şeiri

Müəllif: Elvin Elxanoğlu

Vətəninin ən çətin,ən ağır günlərində,
Xalqının xilaskarı oldu Heydər Əliyev.
Müdrik siyasətiylə,xilas etdi ölkəni,
Güclü bir Azərbaycan,qurdu Heydər Əliyev.



Vətəninə həsr etdi ömrünün hər anını,
Bir şam kimi yandırdı bu yolda öz canını.
O xalqını sevirdi, xalq da xilaskarını,
Xalqının arxasında durdu Heydər Əliyev.

Ölkədə hər sahədə islahatlar apardı,
Hər addımda,hər işdə xalqa arxalanardı,
Bütün siyasətçilər onu örnək alardı.
Siyasətdə möhürün vurdu Heydər Əliyev.

Vətənin hər qarışı ona doğma diyardı,
İllər idi qəlbində Şuşa həsrəti vardı.
Kaş Ulu Öndərimiz bugün də sağ olardı.
Zəfərin bünövrəsin qoydu Heydər Əliyev.

Onu hər an hörmətlə, rəhmət ilə anırıq,
İlham Əliyevə də onun tək inanırıq,
Ali baş komandanı davamçısı sanırıq,
Gələcəyə işıqlı yoldur Heydər Əliyev.


Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir

İlahinin bəxş etdiyi nur olmusan bu millətə,
Lazım olan bir məqamda sarılmısan bu millətə.
Bu milləti sevə-sevə vurulmusan bu millətə,
Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!

Tarix yazan, tarix olan şir əsgərin, nər əsgərin!
Düşməninə kabus kimi, dönməz, igid, ər əsgərin!
Gecə-gündüz ayıq-sayıq keşik çəkən hər əsgərin,
Öpüb, sonra tuşladığı silahısan Ulu Öndər!

Müzəffərdir, “dəmir yumruq” sahibidir əmanətin.
Bütün dünya gördü onun iradəsin, cəsarətin.
Çox uğurla davam edir uzaqgörən siyasətin.
Sən bu xalqın xoş anısan, rifahısan Ulu Öndər!

Anam deyib, vətənini oxşayan hər vətəndaşın,
Vətən dərdi, vətən yükü daşıyan hər vətəndaşın.
Dünyanın dörd tərəfində yaşayan hər vətandaşın,
Dünənisən, bu günüsən, sabahısan Ulu Öndər!




Sən Elə Bir Zirvəsən Şeiri

Müəllif: Baba Vəziroğlu

Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.

Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.

Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz.
Millətin imzası var imzaların içində,
Sənə halaldır, halal ülvi məhəbbətimiz.

Sən elə bir zirvəsən, küləklər neyləyəcək?
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər “Xalqım” deyəcək, Xalq “Heydər” söyləyəcək!


Bənzər şeirlər:

Axtarış üçün sözlər: Heydər Əliyevə aid şeirlər,Heydər babaya aid şeirlər,Heydər babaya aid şeir,Heydər baba haqqında şeir,dədə Heydər şeiri,Heydər Əliyevin anım gününə aid şeirlər,Heydər Əliyev haqqında gözəl şeirlər,Heydər Əliyev haqqında şeir,Heydər Əliyevə həsr olunmuş şeirlər,Heyder babaya aid seir,Heyder baba seiri,Heyder Eliyeve aid asan seirler,Heyder Eliyeve aid seir,Heyder Eliyev seir,Heyder Eliyev haqqinda seir usaqlar ucun,Heyder Eliyevin anim gunune aid seir,Heyder haqqinda seir,Heyder babaya aid seir

3.8/5 - (31 ses )

You may also like...

1 Comment

  1. 1AZƏRBAYCANLI says:

    Ucaltdı hər yerdə bayrağımızı,
    Yazdı tarixlərə ad- sanımızı.
    Tanıtdı dünyada varlığımızı,
    Ulu bir sərkərdə, ulu bir öndər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir